ŞOK PLAN: Rusiya Türkiyəni mühasirəyə alır - VİDEO
Noyabrın 24-də Su-24 döyüş təyyarəsinin vurulmasından sonra Rusiya Türkiyəyə qarşı “mühasirə planı”nı həyata keçirməyə başlayıb.
Sfera.az “Hurriyet” nəşrinə istinadən xəbər verir ki, Rusiya Türkiyənin ətrafındakı ölkələrdə hərbi gücünü artırır.
Rus vertolyotları Ermənistanda
2014-cü ilin martında ilhaq etdiyi Ukraynanın Krım yarımadasında raket sistemlərini yerləşdirən Rusiya, iki gün əvvəl Ermənistana 14 helikopter göndərib. Vertolyotlar paytaxt İrəvanın yaxınlığındakı Erebuni hava bazasında yerləşdirilib. Bunlardan yeddisi müasir tipli "Mi-24P" zərbə, digərləri isə "Mi-8" MT nəqliyyat vertolyotudur.
Cari ilin sonunadək daha bir partiya vertolyot Ermənistana çatdırılacaq.
Suriya bütövlükdə hərbi bazaya çevrilir
Suriyanın Tartus şəhərində dəniz bazası olan Rusiya Qara dəniz donanmasına daxil olan “Rostov na-Donu” sualtı gəmisini də Suriya sahillərinə göndərib. Sualtı gəminin arsenalında 2500 kilometr uçuş məsafəsi olan “Kalibr-PL” qanadlı raketləri var. Rusiyanın Xəzər donanmasındakı gəmiləri həmin raketlərin analoqlarından “İslam dövləti” terror qruplaşmasının mövqelərini vurmaq üçün istifadə edilib.
Rusiya daha əvvəl isə Suriyadakı hava hücumundan müdafiə qabiliyyətini gücləndirmək üçün “S-300”lərin analoqu olan HHM sistemi ilə təchiz olunmuş “Moskva” kreyseri və iki sualtı gəmisini Türkiyənin 60 kilometrliyində yerləşən Latakya sahillərinə göndərib.
Su-24 təyyarəsinin vurulmasından bir neçə gün sonra Rusiya Suriyadakı "Hmeymim" hərbi hava bazasının ətrafında ən müasir S-400 zenit-raket komplekslərini yerləşdirib. Hava bazasında 55-ə qədər döyüş təyyarəsinin olduğu təxmin edilir. Bunlar Su-30 qırıcıları, Su-24, Su-25 və Su-34 bombardmançı təyyarələrdir. Bundan başqa, bazada 7 ədəd Mİ-24 və 5 ədəd Mİ-8 tipli vertolyotlar var. Bazada “Pantser-S1”, “Buk-M2”, “S-200”, “Peçora-2M” və “S-400” hava hücumundan müdafiə sistemləri yerləşdirilib. Bundan başqa, radarları təsirsiz edən “Krasuha” elektronik sistemi də “Hmeymim”ə gətirilib.
Bazada həmçinin 15 tank və hərbi heyət daşıyan 30-a qədər zirehli texnikanın olduğu təxmin edilir.
Kiprdə baza yaradılır
Rusiyanın Kiprdəki səfiri Stanislav Osadçev ötən həftə adaya səfər edən Rusiyanın xarici işlər naziri Sergey Lavrovun yunan həmkarı Yoannis Kasulidisdən hərbi baza istədiyini açıqlayıb. Onun sözlərinə görə, hazırda tərəflər arasında danışıqlar aparılır. (publika.az)






