"Narkomanlar həbs olunmasın" - Parlamentdə TƏKLİF

"Narkomanlar həbs olunmasın" - Parlamentdə TƏKLİF

"Narkotik istifadəçiləri həbs olunmamalıdır".

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa  deyib.

 

Millət vəkili bildirib ki, Yasamal rayonunda insanlar kameralar vasitəsilə narkotik vasitənin satışını təşkil edən şəxslərin tutulmasında iştirak ediblər. 

 

F.Mustafa nəzərə çatdırıb ki, bu, sadəcə polisin işi deyil, vətəndaşlar da bu işdə iştirak etməlidir: 

 

"Narkotik satan şəbəkənin çökdürülməsi üçün bütün vətəndaşlar səfərbər olmalı, kameralar quraşdırılmalıdır. Xüsusilə, məktəblərin ətrafına nəzarət olunmalıdır. Bu gün ölkəmizdə gələcəyəimizi təhdid edən məsələ narkomaniya problemidir. Bunun qarşısı alınmalıdır". 

 

Deputat vurğulayıb ki, narkotik istifadəçilərinin həbs olunması ilə razı deyil:

 

"Onlar müalicə olunmalıdır. Boşuna həbsxanalarda yer tutur, sağlam insanlara da zərər verirlər". 

 

Parlamentin sədri Sahibə Qafarova F.Mustafanın sözlərinə əlavə edib ki, deputatlar bu barədə sosial şəbəkələrdə fikir bildirməlidir.

 

Firuzə Əliyeva
Sfera.az


OXŞAR XƏBƏRLƏR