Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun Müdirlər Şurasının sədri təyin olunub

Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun Müdirlər Şurasının sədri təyin olunub

İslam İnkişaf Bankı (İİB) Qrupunun 2026-cı ildə illik Toplantısı Azərbaycanda təşkil olunacaq. Bununla yanaşı, iqtisadiyyat naziri Mikayıl Cabbarov İİB Qrupunun Müdirlər Şurasının sədri təyin olunub.

 

Sfera.az-ın İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bununla əlaqədar İİB Qrupunun Əlcəzairdə keçirilən illik toplantısı çərçivəsində ev sahibliyini təhvilalma mərasimi keçirilib.

 

Tədbirdə iqtisadiyyat naziri, Azərbaycanın İslam İnkişaf Bankı üzrə müdiri Mikayıl Cabbarov İİB Qrupuna və üzv dövlətlərə ölkəmizə göstərilən yüksək etimada görə təşəkkür edib. Qeyd olunub ki, Azərbaycan 2010-cu ildə Bankın 35-ci İllik Toplantısına uğurla ev sahibliyi edib. Bu nüfuzlu tədbirə növbəti dəfə ev sahibliyi etmək Azərbaycanın çoxtərəfli əməkdaşlığa, üzv ölkələri birləşdirən ortaq dəyərlərə və məqsədlərə sadiqliyini bir daha təsdiqləyir. Tədbir Azərbaycanın islam maliyyə institutları ilə tərəfdaşlığının güclənməsinə və dayanıqlı iqtisadi inkişafa təkan verəcək.

 

Vurğulanıb ki, Azərbaycan Bankla səmərəli əməkdaşlıq edir və indiyədək birgə enerji, su təchizatı, infrastruktur, şəhərsalma və digər istiqamətlərdə dəyəri təxminən 1 milyard dollar olan layihələr icra olunub. Xüsusilə, işğaldan azad olunmuş ərazilərdə Bankla birgə həyata keçirilməsi nəzərdə tutulan "Qız qalası" su anbarından suvarma kanalının çəkilişinə dair layihənin önəmi qeyd olunub.

 

Gələn il Azərbaycandakı İllik Toplantı çərçivəsində İİB-nin Müdirlər Şurasının 51-ci, Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyasının Baş Assambleyasının 22-ci, İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının Müdirlər Şurasının 33-cü, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının Müdirlər Şurasının 26-cı, İnkişaf üzrə İslam Həmrəylik Fondunun Baş Assambleyasının 19-cu illik toplantıları keçiriləcək.

 

Tədbirdə İİB Qrupunun Azərbaycanda keçiriləcək İllik Toplantısı üçün təminatlara dair Anlaşma Memorandumu imzalanıb. Sənəd 2026-cı ildə Bakıda keçiriləcək İllik Toplantının səmərəli planlaşdırılması və təşkili məqsədilə əməkdaşlıq çərçivəsini müəyyən edir.

 

Qeyd edək ki, 1973-cü ildə yaradılmış İslam İnkişaf Bankının baş qərargahı Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində yerləşir. İqtisadiyyatın müxtəlif istiqamətləri üzrə maliyyələşməni həyata keçirən İslam İnkişaf Bankı Qrupu Bank, Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyası, İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, İnkişaf üzrə İslam Həmrəylik Fondu kimi strukturlara malikdir. 57 ölkə bankın üzvüdür. Azərbaycan 1992-ci ildən banka üzv olub.


OXŞAR XƏBƏRLƏR

İnfluenser və blogerlər üçün qara xəbər - Bu qanunlar dəyişdi, ciddi qadağalar gəldi

Xəbər verdiyimiz kimi, reklam daşıyıcılarının əhatə dairəsi genişlənib. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Reklam haqqında” Qanuna dəyişikli...

Emin Əmrullayev İSESKO-nun baş direktoru ilə görüşdü - FOTO

21-ci Dünya Təhsil Forumu çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin əməkdaşlıq görüşləri davam edir.   ...

Azərbaycanda “Kərimə dövləti” qurmaq istəyənlərə hökm oxundu

Azərbaycanda qanunsuz olaraq “Kərimə dövləti” qurmaq niyyətində olan şəxslərin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.   Sfera.a...

16 yaşlı Nuranəni öldürüb Kürə atan əri ilə bağlı QƏRAR VERİLDİ

Sabirabadda 16 yaşlı gəlini qətlə yetirməkdə təqsirləndirilən 21 yaşlı həyat yoldaşı Seyidrəsul Talıbzadə barədə həbs qətimkan tədbiri seçilib.   Sfe...

Hikmət Hacıyev NATO baş katibinin müavini ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Brüsseldəki mənzil-q...

Ən tənbəlBÜRCLƏRhansılardır?

Bürc dairəsinin hansı nümayəndələri tənbəlliklə seçilir? Amma işsizlikdən, laqeydlikdən danışmırıq.   Sfera.az xəbər verir ki, tənbəllik daha ço...