Hava limanında nə baş verib? - Blogerə RƏSMİ CAVAB

Hava limanında nə baş verib? - Blogerə RƏSMİ CAVAB

Gömrük komitəsi “iconmekh” kimi tanınan bloger Mehin Oktaylının Dövlət Gömrük Komitəsi ilə bağlı səsləndirdiyi ittihamlara münasibət bildirib.


 

Sfera.az xəbər verir ki, açıqlamada deyilir:

 

“Xanım bloger instaqram sosial şəbəkəsindəki “iconmekh” adlı səhifəsində hava limanında xidmət aparan gömrük əməkdaşları tərəfindən onun anasına qarşı kobud davrandıqlarını, qeyri-qanuni hərəkətlərə yol verdiklərini iddia edərək gömrük orqanının və onun vəzifəli şəxslərinin ünvanına təhqir, şəxsiyyəti alçaldan, böhtan xarakterli məlumatlar yayımlayıb.

 

Xanım bloger anasına məxsus çamadanın zorla əlindən alındığını, gömrük əməkdaşlarının qeyri-etik hərəkətlərə yol verdiklərini iddia edib. Məlumat dərhal araşdırılıb, iddiaların əsassız və həqiqətə uyğun olmadığı müəyyənləşdirilib.
 

Belə ki, cari ilin may ayının 17-də İstanbuldan Bakıya gələn bloger xanımın anası və onunla birlikdə gömrük zonasına daxil olan eyni reysin iki xanım sərnişini “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə gömrük zonasını tərk etmək istəyərkən gömrük əməkdaşları tərəfindən “Qırmızı kanal” buraxılış sisteminə yönləndiriliblər. Stasionar rentgen qurğusunda keçirilən gömrük baxışının nəticələrinə uyğun olaraq həmin şəxslərə məxsus çamadanlarda gömrük yoxlaması aparılıb. Yoxlama zamanı çamadanlarda şəxsi istifadədən artıq sayda malların mövcudluğu müəyyən edilib, vətəndaşlara həmin malların gömrük rəsmiləşdirilməsinə cəlb olunacağı bildirilib və bu məqsədlə gömrük nəzarətində altında saxlanılıb”.
 

Komitənin araşdırma nəticələrinə görə, xanım bloger gömrük əməkdaşlarının kobud davrandığını iddia etsə də, araşdırma nəticəsində məlum olub ki, gömrük əməkdaşları nəzakətli qaydada davranıb, hətta çamadanın gömrük yoxlamasına təqdim edilməsinə yardım göstəriblər:

 

“Qeyd olunan malların gömrük rəsmiləşdirilməsinə cəlb edilməsi barədə məlumat verildiyi zaman isə vətəndaşlar bununla razılaşmayıb, gömrük əməkdaşları ilə yüksək səs tonunda danışıb, onların qanuni fəaliyyətini yerinə yetirməsinə mane olmağa cəhd göstəriblər.

 

Daha sonra, 21 may tarixində xanım bloger və anası Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə dəvət olunub, onlara bu barədə ətraflı məlumat verilib. Dövlət Gömrük Komitəsi bir daha vətəndaşları gömrük sərhədini keçərkən diqqətli olmağa, gömrük qaydalarına, gömrük əməkdaşlarının qanuni tələblərinə əməl etməyə çağırır”.
 

Qeyd edək ki, M.Oktaylı Dövlət Gömrük Komitəsinin fəaliyyətindən narazılıq edərək anasının içində sadəcə özünə, qızına və nəvəsinə aldığı geyimlərin olduğu çamadanının əlindən alındığını bildirib. Onun sözlərinə görə, prosedur zamanı işçilər kobud rəftar ediblər. Bloger iddia edib ki, hadisədən 2 gün keçəndən sonra hava limanına getməyinə baxmayaraq, çamadan qaytarılmayıb.


OXŞAR XƏBƏRLƏR

Hikmət Hacıyev NATO baş katibinin müavini ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Brüsseldəki mənzil-q...

Ən tənbəlBÜRCLƏRhansılardır?

Bürc dairəsinin hansı nümayəndələri tənbəlliklə seçilir? Amma işsizlikdən, laqeydlikdən danışmırıq.   Sfera.az xəbər verir ki, tənbəllik daha ço...

Əhalinin nəzərinə - Sabah bəzi ərazilər QAZSIZ QALACAQ

Bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İs...

Şuşanın işğalı zamanı dediyi sözləri dandı

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Şuşanın Ermənistan tərəfindən işğal edilməsi zamanı təqsirləndirilən şəxs Levon Mnatsakanyanın...

Vaşinqtonda Yəhudi Muzeyində atışma: İsrail səfirliyinin əməkdaşları öldü

Vaşinqtonda atışma zamanı İsrail səfirliyinin əməkdaşları ölüb.   Sfera.az bildirir ki, Vaşinqtonda Yəhudi Muzeyində keçirilən bayram tədbirləri zama...

ADNSU-da gənclər arasında sağlam həyat tərzinin təşviqi məqsədilə tədbir keçirildi -FOTO

Mayın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Nəsimi Rayon Polis İdarəsi ilə birgə gənclərin sağlam həyat tərzinə həsr olunmuş maariflənd...