Oğlu tərəfindən yandırılan atanın digər oğlu TANINMIŞ ŞƏXSDİR - GÖRÜN KİM İMİŞ ŞOK - FOTO

Oğlu tərəfindən yandırılan atanın digər oğlu TANINMIŞ ŞƏXSDİR - GÖRÜN KİM İMİŞ ŞOK - FOTO
31 yaşlı oğlu İlyas Mehdiyev tərəfindən üstünə benzin tökülərək yandırılan İmdad Mehdiyev Əfvetmə komissiyasının üzvü, "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyevin atasıdır.

Məsələ ilə bağlı Mehdi Mehdiyev açıqlama verib və həyatını itirən şəxsin atası olmasını təsdiqləyib. Bildirib ki, evdə baş verən yanğınla bağlı bir neçə ehtimallar var: 

"Mənə gecə zəng etdilər. Dedilər, evdə yanğın var. Mən çatana kimi ev, demək olar ki, yanıb qurtarmışdı. 2 yanğınsöndürən maşın gəlmişdi. Həmin gün də qaz kəsilibmiş, odun sobası yandırıbmışlar. Ola bilsin ki, köz düşüb, yanğın çıxıb. Bundan başqa, rəhmətlikdə astma var idi. Şübhələrimdən biri də odur ki, yerini ehtiyatsız ediblər, tüstü boğazını tutub, boğulub. Ekspertizadan da gəlmişdilər. Evdə baş verən yanğının nədən baş verdiyini müəyyən edəcəklər. Hazırda yanğının səbəbi araşdırılır".

M.Mehdiyev qardaşının atasının üstünə benzin tökərək yandırması barədə yayılan xəbərlərə də münasibət bildirib: "Gülünc məsələdir. Elə hadisə ola bilməz. Qohum-əqrəbayla da söhbət edirik, hamının gözü kəlləsinə çıxır ki, bu necə olan söhbətdir, haradan çıxır bu xəbərlər. Hər halda prokurorluq da, polis də, FHN də gəlib evə baxıb. Meyidin özü də morqda müayinədən keçib. Nəsə olsaydı, mütləq üzə çıxarardılar".

Xatırladaq ki, Sabunçu rayonunda evdə yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 1936-cı il təvəllüdlü İmdad Mehdi oğlu Mehdiyevin yanmış cəsədi aşkar olunub. Report.az-ın yaydığı məlumatlarda bildirilir ki, İ.Mehdiyevi oğlu 31 yaşlı İlyas Mehdiyev üstünə benzin tökərək yandırıb.

mənbə: bakipost.az

OXŞAR XƏBƏRLƏR

"Sumqayıt" Vaqif Cavadovla yollarını ayırdı

"Sumqayıt" baş məşqçisi Vaqif Cavadovla yollarını ayırıb.   "Gənclik şəhəri" təmsilçisindən Sfera.az-a verilən məlumata görə...

İkardi "dəli olacaq" - "Qalatasaray"dan Vandaya gözlənilməz sürpriz - FOTO

Türkiyənin məşhur futbol klubu "Galatasaray" uzun müddətdir zədə səbəbilə komandadan ayrı olan ulduz futbolçusu İcardinin keçmiş həyat yoldaşı Va...

Qadını ilk görüşdə fəth edən 4 nadir kişi keyfiyyəti

Bu xarakter xüsusiyyətləri qadınları yalnız cəlb etmir, həm də dərin və davamlı cazibə yaradır. Onlar kişini qadın üçün dayanılmaz edən gizli sirrlərdir. Cəmiyy...

Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…

Bu il aprel ayında və mayın əvvəlində Azərbaycanda müşahidə olunan intensiv və davamlı yağıntılar əvvəlki iqlim göstəriciləri ilə müqayisədə fərqlilik yaradıb. ...

Abituriyentlər belə aldadılır - DİM açıqlama

Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, İnstaqram, Tiktok və xüsusilə Teleramda saxta hesablar vasitəsilə ödəniş müqabilində universitetlərdə kə...

Azərbaycan şərabçılığının unikal xüsusiyyətləri - "Forbes" yazır...

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Azərbayacan şərabları haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda...