"Şərurlu İsfəndiyar" məhkəmədə ifadə verdi


"Şərurlu İsfəndiyar" məhkəmədə ifadə verdi

"Şərur MTK"nın sahibi İsfəndiyar Axundovun ("Şərurlu İsfəndiyar") barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə növbəti məhkəmə prosesi keçirilib.

 

Sfera.az APA-ya istinadən xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə xüsusi ittihamçı olan Emil Səməndərovun vəkili Asim Abbasov məhkəməyə vəsatət verib. Vəkil, son zamanlar onlarla vətəndaşın şikayətini özündə əks etdirən informasiyaları İsfəndiyar Axundovu xarakterizə edən hallar kimi məhkəmədə iş materialına əlavə etmək üçün məhkəməyə təqdim edib.

 

Qarşı tərəf vəsatətin təmin edilməməsini məhkəmədən xahiş edib.

 

İsfəndiyar Axundovun vəkili bildirib ki, mətbuatda İsfəndiyar Axundovla bağlı yayılan məlumatlar qarayaxmadır.

 

Məhkəmə vəsatəti təmin etməyib.

 

Daha sonra təqsirləndirilən İsfəndiyar Axundov ifadə verib. O, iş üzrə özünü təqsirli bilmədiyini, məqsədinin kömək etmək olduğunu qeyd edib: "Məqsədim zərərçəkmişlərin şikayətlərinin həll edilməsi olub. Həll edilsin ki, Emili buraxsınlar. Mənim heç bir günahım yoxdur. Şəhid ailələrinə yardım edirəm, onlara ev verirəm. Qarşı tərəfin vəkilinin suallarını cavablaya bilmirəm. Çünki cavablamaq üçün savadım yoxdur".

 

Prosesi iyunun 5-də davam etdiriləcək.

 

Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittiham qaydasında Emil Səməndərov şikayət edib.


OXŞAR XƏBƏRLƏR

Hikmət Hacıyev NATO baş katibinin müavini ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Brüsseldəki mənzil-q...

Ən tənbəlBÜRCLƏRhansılardır?

Bürc dairəsinin hansı nümayəndələri tənbəlliklə seçilir? Amma işsizlikdən, laqeydlikdən danışmırıq.   Sfera.az xəbər verir ki, tənbəllik daha ço...

Əhalinin nəzərinə - Sabah bəzi ərazilər QAZSIZ QALACAQ

Bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İs...

Şuşanın işğalı zamanı dediyi sözləri dandı

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Şuşanın Ermənistan tərəfindən işğal edilməsi zamanı təqsirləndirilən şəxs Levon Mnatsakanyanın...

Vaşinqtonda Yəhudi Muzeyində atışma: İsrail səfirliyinin əməkdaşları öldü

Vaşinqtonda atışma zamanı İsrail səfirliyinin əməkdaşları ölüb.   Sfera.az bildirir ki, Vaşinqtonda Yəhudi Muzeyində keçirilən bayram tədbirləri zama...

ADNSU-da gənclər arasında sağlam həyat tərzinin təşviqi məqsədilə tədbir keçirildi -FOTO

Mayın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Nəsimi Rayon Polis İdarəsi ilə birgə gənclərin sağlam həyat tərzinə həsr olunmuş maariflənd...