“ASAN ödəniş” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib

Cəmiyyət
16:37 / 22.05.2025
5336
Prezident İlham Əliyev "ASAN ödəniş" informasiya sistemi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Sfera.az xəbər verir ki, fərmana əsasən, bundan sonra sözügedən sistemə məhkəmə qərarına əsasən xeyrinə ödəniş aparılacaq şəxsin bank hesabı nömrəsi ilə yanaşı, icra sənədləri üzrə ödənilməli olan vəsaitlər, icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və müvafiq icra işinin qeydiyyat nömrəsi barədə məlumatlar da real vaxt rejimində göndərilməlidir.