ADY-də yeni təyinat

Cəmiyyət
13:15 / 22.05.2025
3319
“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) yeni təyinat olub.
ADY-dən Sfera.az-a verilən məlumata görə, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Nicat Tofiq oğlu Quliyev “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, 40 yaşlı N.Quliyev SOCAR və “Azəryolservis” ASC-də müxtəlif vəzifələrdə çalışıb.
2015-ci ildə ADY-də fəaliyyətə başlayıb, Hüquq departamentinin müdiri və ADY sədrinin müşaviri vəzifələrini icra edib.