Metroda interval azaldıldı


Metroda interval azaldıldı

Bakı metropolitenində son 16 ildə ilk dəfə interval azaldılıb.

 

Sfera.az xəbər verir ki, qatar cütlərinin sayı 30-dan 32-yə yüksəldilərək, yeni, daha sıx hərəkət cədvəli tətbiq edilib.

 

Bu dəyişiklik nəticəsində pik saatlarda qatarlararası interval 1 dəqiqə 52 saniyəyə qədər azaldılıb.

 

Gündəlik səhər və axşam pik saatlarda (cəmi 3 saat ərzində) stansiyalardan əlavə 4 qatarın keçməsi sayəsində 19 min əlavə sərnişin daşınması imkanı yaranıb. Bu isə illik hesabla təxminən 5 milyon sərnişin artımı deməkdir.

 

Yeni hərəkət qrafikinin hazırlanması çərçivəsində:

 

- Qatarların hərəkətinin təşkilində istifadə edilən köhnə, kağız əsaslı qrafikdən imtina olunaraq yeni rəqəmsal proqram təminatı istifadəyə verilib;

 

- İşarəvermə və idarəetmə sistemləri təkmilləşdirilib, stansiyalara giriş-çıxış və dayanma rejimləri optimallaşdırılıb;

 

- Maşinist heyətinə təlimlər keçirilib, stansiyalarda əlavə nəzarət tədbirləri görülüb.

 

Qeyd edək ki, metropoliten xətlərində qatar sayında sonuncu artım 2009-cu ildə olub və o vaxtdan sistem maksimal 30 cüt qatar/saat prinsipi ilə fəaliyyət göstərib.


OXŞAR XƏBƏRLƏR

ICESCO-nun baş direktoru İlham Əliyevi təbrik etdi

ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.   Sfera...

Yük maşını qatarla toqquşub, 3 nəfər xəsarət alıb

Mayın 22-də saat 17:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (kişi cinsli) Qazax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. ...

Pakistanın Baş naziri gələn həftə Azərbaycana səfərə hazırlaşır

Pakistanın Baş naziri Şahbaz Şərif gələn həftə Türkiyə, İran və Azərbaycana səfər etməyə hazırlaşır.   Sfera.az xəbər verir ki, bu barədə "Daily...

Günlərdir itkin idi, meyiti tapıldı

Ağdaşda itkin düşən 66 yaşlı qadının meyti 13 gün sonra Göyçay rayonundan tapılıb.   Sfera.az-ın məlumatına görə, 9 may tarixində rayonun Ağcayazı kə...

Paris və Ər-Riyad HƏMAS-ı silahsızlaşdırmaq üçün gizli plan hazırlayır

Fransa və Səudiyyə Ərəbistanı HƏMAS-ın silahsızlaşdırılması və Qaza zolağında siyasi struktur kimi qalması üçün plan hazırlayır.   Sfera.az xəbər ver...

Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun Müdirlər Şurasının sədri təyin olunub

İslam İnkişaf Bankı (İİB) Qrupunun 2026-cı ildə illik Toplantısı Azərbaycanda təşkil olunacaq. Bununla yanaşı, iqtisadiyyat naziri Mikayıl Cabbarov İİB Qrupunun...