Bu şəxslər hər ay 200 manat ala bilər


Bu şəxslər hər ay 200 manat ala bilər

Azərbaycanda övladlığa götürülən, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə ödənişlər verilir.

 

Sfera.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu, aylıq müavinət növlərindən biridir.

 

Sözügedən müavinət valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı övladlığa götürən şəxsə verilir.

 

Övladlığa götürülən uşağa görə hər ay 200 manat, 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə isə 600 manat ödənilir.

 

Bu, 2021-ci il yanvarın 1-dən tez olmamaqla uşağın 18 yaşı tamam olan ayın sonunadək təyin edilir.

 

Necə əldə edilir?

 

Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” müraciət edə bilər.

 

Tələb olunan sənədlər – müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti; uşağın doğum haqqında şəhadətnaməsi, şəxsiyyət vəsiqəsinin surəti; uşağın övladlığa götürülmə haqqında şəhadətnamə; uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti…

 

Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. İmtina haqda qərar qəbul edildikdə, 5 gün müddətində səbəblər göstərilməklə, şəxsə rəsmi məlumat verilir. Müraciət edən vətəndaşın bu qərardan inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət etmək hüququ var.

 

Həmçinin, sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödənilir.

 

Qeyd edək ki, müavinət almaq hüququ olanlar – Azərbaycan vətəndaşları, tərəfdar çıxdığımız beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, ölkə ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilərdir.


OXŞAR XƏBƏRLƏR

İyulun pensiyası bu tarixdə ÖDƏNİLƏCƏK

İyulun 11-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.   Sfera.az xəbər verir ki, bu bar...

Avropada istiyə görə 2300-dən çox insan həyatını itirdi

Ötən həftə başa çatan kütləvi isti dalğası zamanı Avropanın 12 şəhərində 2300-ə yaxın insan dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, bu barədə L...

Tikdirdiyi binadan hər qızına 5 mənzil verəcək

Türkiyəli müğənni İbrahim Tatlıses Şanlıurfanın Dağeteği ilə Germüş bölgələri arasında yerləşən və təxminən 20 il əvvəl satın aldığı torpaq sahəsindən böyük qaz...

Məhərrəmlikdə onların bazarı "ölür"

Azərbaycanda Məhərrəm ayının başlaması ilə bir çox sahələrdə bazarın durğunluğu müşahidə olunur. Xüsusilə Aşura günü və ondan sonrakı günlərdə əyləncə, şənlik v...

Uşaqların inkişafında cəmiyyətin rolu - ARAŞDIRMA

Uşaq və gənclərin inkişafı istənilən cəmiyyətin gələcəyinin təminatıdır. Onların fiziki və mənəvi sağlamlığı həm fərdi xoşbəxtlik, həm də sosial rifah baxımında...

Astarada marketdə istehlaka yararsız məhsullar aşkarlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Astara rayonu, Burzubənd kəndində fəaliyyət göstərən Cəmilə Əli qızı Əliyevaya məxsus ...