Ceyhun Rüstəmov Allahşükür Paşazadənin müavini TƏYİN EDİLDİ

Kateqoriya məlum deyil
T
Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) yeni sədr müavini təyin edilib.
Sfera.az xəbər verir ki, bu barədə QMİ-nin sədri, şeyxülislam Allahşükür Paşazadə İdarənin Qazılar Şurasının bugünkü iclasında məlumat verib.
Onun sözlərinə görə, bu vəzifəyə Ceyhun Rüstəmov təyin olunub.
A.Paşazadə həmçinin QMİ-də daha bir müavinə ehtiyac olduğunu qeyd edib.






