Ötən il 52 kişi məişət zorakılığına MƏRUZ QALIB

Ötən il 52 kişi məişət zorakılığına MƏRUZ QALIB

2024-cü ildə məişət zorakılığı ilə bağlı 594 müraciət daxil olub.


Sfera.az xəbər verir ki, bu barədə məlumat Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatında öz əksini tapıb.

 

Bildirilib ki, zorakılığa məruz qalanların 52-si kişi, 534-ü qadın, 436-sı uşaq, 8-i əlil, 5-i ahıl, 4-i şəhid ailəsi, zorakılıq törədənlərin isə 555-i kişi, 252-si qadın olub.


Müraciətlərin zorakılığın növlərinə görə təhlili göstərir ki, müraciət edənlərin 136-sı psixoloji, 403-ü fiziki, 45-i iqtisadi və 10-u cinsi zorakılığa məruz qalıb.
 

Qeyd edək ki, 2023-cü ilda Dövlat Komitəsinə məişət zorakılığı ilə bağlı 560 müraciət daxil olub, zorakılıq törədənlərin isə 497-si kişi, 133-ü qadın olub. Bu da onu göstərir ki, 2024-cü ildə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı müraciət edənlərin sayı artıb.

 


OXŞAR XƏBƏRLƏR