16 yaşlı qızı öldürüb Kürə atan şəxs barəsində cinayət işi açıldı - RƏSMİ

16 yaşlı qızı öldürüb Kürə atan şəxs barəsində cinayət işi açıldı - RƏSMİ

Sabirabadda 16 yaşlı qızı öldürərək Kürə atmaqda şübhəli bilinən 21 yaşlı şəxs barədə cinayət işi başlanıb.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, mayın 20-də Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində qadının meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

İlkin araşdırmalarla 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadənin mayın 18-də rayonun Güdəcühür kəndi yaxınlığında yerləşən meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanı qəsdən öldürməsi və meyitini suya atmasına əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Seyidrəsul Talıbzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

 

Hazırda istintaq davam edir.


OXŞAR XƏBƏRLƏR

İstanbulda zəlzələ oldu

Türkiyənin İstanbul şəhərində zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu haqda AFAD məlumat yayıb.   Məlumata görə, yerli saatla 23:...

Bütün dünyada manşetlərə çevrildi: Aşpaz öldürdüyü adamı xüsusi texnika ilə bişirdi

Fransada gedən məhkəmədə ortaya çıxan hadisə bütün dünyada trend mövzusuna çevrilib. Fransız aşpaz Philippe Schneider (Filip Şnayder) məhkəmədə etiraf edib ki, ...

Keyt Uinsletin qızı ilk dəfə Kann kinofestivalında göründü - FOTOLAR

Oskar mükafatlı britaniyalı aktrisa Keyt Uinsletin qızı, 24 yaşlı Mia Threapleton anasının yolu ilə gedib və özünü kinoya həsr etmək qərarına gəlib. Qız ilk dəf...

Rusiyada “Harri Potter” qadağan edilir: Niyə Makqonaqalı sevmirlər?

Rusiyada senzuranın yeni dalğası barədə məlumat yayılıb. Belə ki, sentyabrın 1-dən Rusiya Federasiyasında Roskomnadzorun qərarı qüvvəyə minəcək. Qərara əsasən, ...

ChatGPT ilə birgə planlaşdırıb: 16 yaşlı şagird məktəbdə 3 qızı bıçaqlayıb

Finlandiyada bıçaqlı hücumun görüntüləri bütün dünyada manşetlərə çevrilib. 16 yaşlı oğlan şagird sosial şəbəkədə paylaşım edərək məktəbdə 3 qız şagirdə bıçaqla...

Rubio Xəzər interkonnektorundan danışdı

ABŞ Dövlət katibi Marko Rubio Xəzər interkonnektorunu tamamlamağın ABŞ və müttəfiqlərin maraqlarına uyğun olduğunu təsdiqləyib.   Sfera.az xəbər veri...