Azərbaycanda gəmi turizmi inkişaf edə bilər?


Azərbaycanda gəmi turizmi inkişaf edə bilər?

2025-ci ilin yanvar-mart aylarında Azərbaycana gələn turistlər arasında su nəqliyyatından istifadə edənlərin sayı 4 965 nəfər olub. Bu göstərici turistlərin su yolu ilə sərnişindaşınmasına, ölkələrarası gəmi turlarına olan marağından xəbər verir. Bəs Azərbaycanda gəmi turizmi nə qədər inkişaf edib?

 

Sfera.az xəbər verir ki, turizm eksperti Ceyhun Aşurov Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycandan Xəzər dənizi hövzəsinə daxil olan Rusiya, İran, Qazaxıstan və digər ölkələrə su yolu ilə səyahətlər həyata keçirilə bilər. Sadəcə, bunun üçün müvafiq razılaşmaların əldə olunması vacibdir:

 

“Ehtimal var ki, gələcəkdə turizm məhsullarının çeşidləndirilməsi baxımından bu turlar reallaşdırılacaq. Bunun üçün isə hər bir iştirakçı ölkənin razılığına ehtiyac var. Hazırda ölkələr arasında su yolu ilə yükdaşımalar, bəzən isə sərnişindaşıma həyata keçirilir. Lakin bu, əsasən ticari məqsədlər üçün istifadə olunur. Amma gələcəkdə turistik məqsədlərlə, daha müasir üsullarla və texnologiyalarla bu cür turların həyata keçirilməsi mümkündür”.

 

 

C.Aşurovun sözlərinə görə, ölkənin bir məntəqəsindən digərinə Xəzər dənizi vasitəsilə çatdırılma, sərnişindaşıma və s. kimi xidmətlərin həyata keçirilməsi də turistlər üçün maraqlı ola bilər:

 

“Bu istiqamətdə müəyyən layihələr müzakirə olunur. Gələcəkdə Bakının inkişaf strategiyasında da bu kimi məsələlər yer alır. Çünki Xəzərdə hələ tam istifadə olunmayan, böyük turizm potensialına malik iri adalar da mövcuddur”.


OXŞAR XƏBƏRLƏR

Rubio Xəzər interkonnektorundan danışdı

ABŞ Dövlət katibi Marko Rubio Xəzər interkonnektorunu tamamlamağın ABŞ və müttəfiqlərin maraqlarına uyğun olduğunu təsdiqləyib.   Sfera.az xəbər veri...

Nuranəni öldürdükdən 1 gün sonra Kürə atıb- YENİ DETALLAR+VİDEO

Xəbər verdiyimiz kimi, Sabirabadda 16 yaşlı Nuranə Ələkbərova 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadə tərəfindən qətlə yetirilərək Kür çayına atılıb. &nbs...

Hərbi hissələr üçün 200 min manat dəyərində telefon alınır

Azərbaycan Ordusunun hərbi hissələri üçün 195.596,10 AZN smartfon tipli mobil telefonların satın alınması ilə bağlı (Lot 2) tender elan edilib.   Sfe...

Maqnus Karlsen dünya rekorduna imza atdı

2013-cü ildən 10 il ərzində dünya şahmat çempionu titulunu qoruyan norveçli qrosmeyster Maqnus Karlsen daha bir rekorda imza atıb.   Sfera.az istinad...

Bakıda avtobus şüşəsini sındıran sərxoş sərnişin SAXLANILDI

Mayın 17-də paytaxtın Yasamal rayonunda 65 saylı marşrut avtobusunun şüşəsini sındırmaqla əmlaka zərər vuran şəxs müəyyən olunub.    DİN-in Mətb...

Aynur Dadaşovanın hansı videosun 300 dollara satıblar? - ŞOK AÇIQLAMA

Aparıcı Sərxan Kərəmoğlu maraqlı açıqlamalar verib.   Sfera.az xəbər verir ki, o bundan 22 il öncə onun proqramında əlbəyaxa olan müğənnilərdən ...