Rəşad Dağlı, Quska və Cahangir Hacıyev əfv oluna bilər?


Rəşad Dağlı, Quska və Cahangir Hacıyev əfv oluna bilər?

Prezident yanında Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşıb. Artıq əfvi mümkün olan şəxslərin siyahısının hazırlanması başa çatıb. Siyahının yaxın günlərdə Prezident İlham Əliyevə təqdim olunacağı bildirilir. Sözsüz ki, əfv etmək dövlət başçısının səlahiyyətinə daxildir. Amma bununla belə əfv siyahısının geniş olacağı və bir çox tanınmış şəxslərin azadlığa buraxılacağı ilə bağlı fikirlər səslənir.

 

Sfera.az xəbər verir ki, Əfv Komissiyasının üzvü, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafa Teleqraf-a açıqlamasında əfv siyahısında olan adlarla bağlı konkret fikir bildirməyin çətin olduğunu söyləyib.

 

“Bizim tərəfimizdən hansısa şəkildə konkret adlar müzakirə olunmayıb. Bizə təqdim olunan siyahı üzrə müzakirələr aparılıb. Burada da müvafiq qərarlar verilib. Yəqin ki, əfv sərəncamı qəbul edildikdə onun nəticələri də hər kəsə aydın olacaq. Ona görə də konkret şəxslərlə bağlı danışa bilmərəm. Amma bütövlükdə biz öz vəzifəmizi yerinə yetirmişik və çox demokratik, açıq bir ortamda məsələlər müzakirə edilib, qərar qəbul olunub”, - deyib.

 

Fazil Mustafa bildirib ki, bundan sonra qalan məsələlər artıq ölkə Prezidentinin səlahiyyətlərinə aid olan məsələlərdir:

 

“Başqa şəxslərin də əfv olunması ölkə başçısının müstəsna səlahiyyətindədir. Əfv Komissiyası bu məsələyə baxdı-baxmadı bu, əsas götürülmür. Komissiya sadəcə, tövsiyyəedici xarakterli təkliflərini ölkə Prezidentinə təqdim edir”.

 

Hüququ müdafiəçisi Novella Cəfəroğlu da əfvlə bağlı gözləntilərin böyük olduğunu bildirib.

 

Onun fikrincə, bu gün cəmiyyətdə adları daha çox hallanan insanlarla yanaşı, cəzasının yarıdan çoxunu çəkmiş, insanların da əfv edilməsi gözlənilir:

 

“Meyxanaçı Rəşad Dağlının, Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevin, Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun, sabiq deputat Hüseyn Abdullayevin əfvi ilə bağlı məsələlər də gündəmə gətirilir. Biz hüquq müdafiəçisiyik, istərdik ki, həbsdə olan hamı azad olunsun, biz də işsiz qalaq və başqa sahələrlə məşğul olaq. Amma bu gün əfv olunması mümkün olan şəxslər çoxdur. Yaşı 70-i ötmüş, cəzasının yarıdan çoxunu çəkmiş, hətta ömürlük cəza verilmiş və 20 ildən artıqdır cəza çəkən şəxslərin, səhhətində problem olan insanların da azadlığa qovuşması sevindirici hal olardı”.

 

Novella Cəfəroğlu deyib ki, onlar hüquq müdafiəçisi kimi təkcə tanınmış insanların və başqa motivlərlə həbs edilənlərin azad olunması ilə bağlı müraciət etməyiblər:

 

“Canilərdən başqa digər şəxslərin azad olunması sevindici olardı. Bu cəmiyyətimiz üçün də impuls sayılır. Elə gənclərimiz var idi ki, həbs ediləndə onların 17 yaşı var idi. Biz o şəxslərin də azad edilməsini xahiş etmişik”.

 

Qeyd edək ki, bu il Əfv Komissiyanın 7 toplantısı keçirilib, 800-dən artıq müraciətə baxılıb.

 

Xatırladaq ki, Komissiyanın iclasları, adətən, mühüm tarixi günlər münasibətilə nəzərdə tutulan əfvlə bağlı keçirilir.


OXŞAR XƏBƏRLƏR

Sakinlərin NƏZƏRİNƏ: sabah bəzi ərazilərdə qaz olmayacaq

Babək rayonunun bir sıra kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq   Sfera.az xəbər verir ki, bu barədə Naxçıvan Qaz İstismar Xidməti m...

Milli Məclisin mayın 23-də keçiriləcək iclasının gündəliyi məlum oldu

Milli Məclisin mayın 23-də keçiriləcək iclasının gündəliyi məlum olub.   Sfera.az xəbər verir ki, gündəliyə 13 məsələ daxil edilib.   Həmi...

İnsult keçirən Fatma Mahmudova yenə xəstəxanalıq oldu

Bir müddət əvvəl insult keçirən Xalq artisti Fatma Mahmudovanın başına iş gəlib.   Sfera.az xəbər verir ki, aktrisanın bu dəfə qolu sınıb. F.Mahmudov...

Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi

Dələduzluq ittihamı ilə 9 il azadlıqdan məhrum edilən Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.  ...

Azərbaycanda film kimi OĞURLUQ: 10 kiloqram qızılı belə gizlətmək istədilər

Şamaxı şəhərində quldurluq hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Məlumata əsasə...

Günelin başına dollar səpdilər - VİDEO

Müğənni Günel Zeynalovanın məclislərin birindən görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, səhnəyə çıxıb mahnı ifa edən sənətçini "pul y...