Emin Ağalarov: "Əminə ilə fəxr edirəm"


Emin Ağalarov: "Əminə ilə fəxr edirəm"

"Bu Əminənin qatıldığı ilk beynəlxalq yarış idi və o, birinci yeri tutdu. Atası olaraq, mən onunla fəxr edirəm".

 

Sfera.az  xəbər verir ki, bunu kunq-fu üzrə dünya çempionatında qızıl medal qazanmış Əminə Əliyevanın atası, Xalq artisti Emin Ağalarov bildirib.

 

O, qızının bu nailiyyətini olduqca xoş və gözlənilməz adlandırıb.

 

"Əminə olduqca intensiv şəkildə yarışlara hazırlaşırdı. Gündə 2 dəfə mənim nəzarətim altında "SeaBreeze"də məşq edirdi. Onun çox yaxşı məşqçilər komandası var. Amma düzünü desəm, çox xoş və gözlənilməz oldu. Çünki ilk dəfə idi beynəlxalq yarışlara qatılırdı. Bütün seçimləri və toplanışları keçdi, uğurla çıxış etdi və mütləq birinciliyi əldə etdi. Bu mənim üçün böyük fəxrdir", - E.Ağalarov qeyd edib.

 

O, qızının bütün yarışlarını izlədiyini və gözlərinə inana bilmədiyini deyib.

 

"Evdəki böyük qardaşlarına da demişəm ki, artıq evdə qorxmalı olduğumuz birisi var", - deyə Xalq artisti zarafat edib.

 

E.Ağalarov Əminənin gələcək karyerasına da toxunub. O, bildirib ki, əgər qızı məşqləri davam etdirmək qərarı verərsə, valideynləri onu dəstəkləyəcəklər.


OXŞAR XƏBƏRLƏR

"Səs Azərbaycan"ın keçmiş üzvü ABŞ-də faciəli şəkildə vəfat etdi

Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.   Sfera.az bildirir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva "Face...

Kanalda batan yeniyetmənin meyiti iki gün sonra tapıldı

Beyləqanda iki gün əvvəl kanalda batan 14 yaşlı şəxsin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat ...

TƏBİB kater qəzasında xəsarət alanlarla bağlı açıqlama yaydı

TƏBİB Mingəçevirdə Kür çayında iki katerin toqquşması nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.   Qurumdan Sfera.az-a bildirilib ki, bu gün ...

FHN bu bazarı bağladı- VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zə...

"Dedilər ki, Azərbaycana səfər təhlükəli ola bilər"

İran Prezidenti Məsud Pezeşkian Azərbaycandan qayıtdıqdan sonra hökumət nümayəndələri və jurnalistlər qarşısında çıxış edib.   Sfera.az xəbər verir k...

Bu BÜRCLƏRİN əlinə tezliklə çoxlu pul gələcək

Bürcün bəzi əlamətləri yaxın gələcəkdə maliyyə vəziyyətində əhəmiyyətli yaxşılaşma gözləyə bilər.    Sfera.az-ın məlumatına görə, bəziləri üçün ...