Azərbaycanlılar ən çox bu ölkəyə gedir


Azərbaycanlılar ən çox bu ölkəyə gedir

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 174 ölkəsindən 735,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

 

Sfera.az bildirir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

 

Bildirilib ki, gələnlərin 24,2 faizi Rusiya Federasiyası, 18,0 faizi Türkiyə, 11,0 faizi Hindistan, 9,0 faizi İran, 4,7 faizi Gürcüstan, 3,6 faizi Qazaxıstan, 2,9 faizi Pakistan, 2,5 faizi Səudiyyə Ərəbistanı, 2,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi İsrail, hər birindən 1,8 faiz olmaqla Özbəkistan və Çin, 1,5 faizi Ukrayna, 1,4 faizi Türkmənistan, 1,1 faizi Küveyt, 1,0 faizi Belarus, 11,4 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 70,2 faizini kişilər, 29,8 faizini qadınlar təşkil edib.

 

Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 2,8 dəfə, Tacikistandan - 2,0 dəfə, Çindən - 1,7 dəfə, İordaniyadan - 45,6 faiz, Hindistandan - 32,9 faiz, Qırğızıstandan - 32,1 faiz, İspaniyadan - 28,8 faiz, Yaponiyadan - 26,7 faiz, Pakistandan - 22,5 faiz, ABŞ-dan - 20,2 faiz, Qazaxıstandan - 17,7 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 16,6 faiz, Kanadadan - 15,5 faiz, Niderlanddan - 10,7 faiz, İtaliya və Misirdən - 10,0 faiz artıb. 

 

2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,8 faiz artaraq 27,8 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 3,4 faiz azalaraq 117,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 9,2 faiz azalaraq 243,0 min nəfər olmuş, digər ölkələrdən gələnlərin sayı isə 12,2 faiz artaraq 347,2 min nəfər təşkil edib.

 

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,8 faizi hava, 26,6 faizi dəmir yolu və avtomobil, 1,6 faizi isə dəniz nəqliyyatından istifadə edib.

 

2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 0,9 faiz azalaraq 632,7 min nəfər olub. İrana gedən Azərbaycan vətəndaşlarının sayı 25,9 faiz, Gürcüstana gedənlərin sayı 20,4 faiz artmış, Türkiyəyə gedənlərin sayı 6,3 faiz, Rusiya Federasiyasına gedənlərin sayı isə 26,4 faiz azalıb. Azərbaycan vətəndaşlarının 36,1 faizi Türkiyəyə, 16,1 faizi Rusiya Federasiyasına, 11,1 faizi Gürcüstana, 11,0 faizi İrana, 25,7 faizi digər ölkələrə səfər etmişdir.  Gedənlərin 66,9 faizini kişilər, 33,1 faizini qadınlar təşkil edib.

2025-ci ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 68,0 faizi hava, 29,9 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.


OXŞAR XƏBƏRLƏR

Kraliça Mari Antuanettanın bir tutam saçı hərracda fanastik qiymətə alınıb

Kraliça Mari Antuanettanın şüşə altındakı mis medalyonda bir tutam boz saçı 7500 avroya satılıb. Rəvayətə görə, Fransanın son kraliçası 1793-cü ildə gilyotinlə ...

Səhv hamburger sifarişinə görə 1 milyon dollar tələb edir

Hyuston sakini Demeri Ardell Uilson, hamburger bişirmə səhvinə görə Whataburger restoranlar şəbəkəsinə qarşı məhkəmə iddiası qaldıraraq 1 milyon dollara qədər t...

Zelenski Trampla telefon danışıqlarının təfərrüatlarını açıqlayıb

Ukrayna prezidenti Volodimir Zelenski ilə Amerika lideri Donald Tramp arasında iki telefon danışığı olub.   Sfera.az-ın Şərqi Avropa bürosu xəbər ver...

Təqaüdə çıxmaq niyyətində deyil -FOTO

Əksər kino tənqidçilərinin sonuncu hesab etdiyi “Missiya: Mümkün olmayan” franşizasının səkkizinci hissəsinin buraxılışından sonra Tom Kruz təqaüdə ...

Münasibətini bitirmək istəyən müğənni açıq-saçıq görüntüləri ilə şantaj olundu - VİDEO

Baku TV-nin "Qapqara" verilişinin budəfəki qonağı müğənni Nüşabə Musayevadır.   Sfera.az bildirir ki, proqramda o, 15 yaşında ana...

Emin Ağalarov: "Əminə ilə fəxr edirəm"

"Bu Əminənin qatıldığı ilk beynəlxalq yarış idi və o, birinci yeri tutdu. Atası olaraq, mən onunla fəxr edirəm".   Sfera.az ...