Nişanlandığı qızı fotoları ilə şantaj etdi - HƏBS OLUNDU

Bakıda nişanlandığı qızı sonradan fotoları ilə şantaj edən 23 yaşlı İmran (ad şərtidir) həbs edilib.
Sfera.az xəbər verir ki, İmran instaqramdan tanış olduğu Rəna (ad şərtidir) ilə bir müddət danışdıqdan sonra evlənmək qərarına gəliblər.
Əvvəlcə onların nişan məclisləri baş tutub.
Ailələrin restorana ödəməli olduqları məbləğ 1500 manat olub. Oğlan evi həmin məbləğin qız evi tərəfindən ödəniləcəyini düşünsə də, belə olmayıb. Qız evi pulu ödəməkdən imtina edərək şikayətçi olub. Qızın anası buna görə polisə də şikayət edib. Bundan sonra İmran və ailəsi restoran xərclərini ödəyiblər. Lakin cütlük arasındakı münasibət buna görə pozulub.
Onlar ayrıldıqdan sonra İmran itirdiyi pulu geri almaq qərarına gəlib. İmran Rənadan həm restorana ödədiyi 1500 manatı, həm də nişanda xonçalara çəkdiyi 2 minlik xərci tələb edib.
Rəna ilə görüşərək nişanlı vaxtı ona göndərdiyi yarıçılpaq fotoları göstərərk 3500 manatı verməyəcəyi halda həmin şəkilləri sosial şəbəkələrdə paylaşacağını deyib. Rəna bundan qorxaraq İmranın təklifi ilə razılaşıb və onun istədiyi məbləği verəcəyini bildirib.
Rəna hissə-hissə olmaqla İmranın kartına 700 manat göndərib. Rəna bu barədə anasına məlumat verib. Anası polisə şikayət edib və İmran məsuliyyətə cəlb olunub.
İstintaq zamanı İmran azadlıqda olub. O, əməlindən peşman olduğunu bildirib.
Rəna onu şantaj edən İmrandan şikayətçi olduğunu və ona ağır cəza verilməsini istəyib.
Hökmə əsasən, İmran 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalında qandallanıb. (Musavat.com)