Binə sakinlərinə sevindirici xəbər: İllər sonra...


Binə sakinlərinə sevindirici xəbər: İllər sonra...

Bakının ən böyük qəsəbələrindən biri də Binədir. Son illərdə qəsəbə sakinlərinin sayı dinamik sürətdə artmağa davam edir. Lakin tıxac problemini və əhalinin sıxlığını nəzərə alsaq, Binə sakinlərinin şəhərə gəliş-gedişi xeyli çətinləşib. Bu məqamda ağlımıza alternativ nəqliyyat yolu kimi vaxtilə mövcud olmuş dəmir yolu gəlir.

 

"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsinə dair Tədbirlər Planına əsasən, 2026-2028-ci illərdə Bakıxanov-Binə-Qala dəmiryol xəttinin bərpası nəzərdə tutulur.

 

Bəs görəsən, "2026-2028-ci illərdə Bakıxanov-Binə-Qala dəmiryol xəttinin bərpası" dedikdə tam olaraq nə nəzərdə tutulur? Qəsəbə sakinləri Binədən hansı istiqamətlərə gedə biləcəklər?

 

Sfera.az xəbər verir ki, Azərbaycan Dəmir Yolları QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyev Oxu.az-a açıqlamasında hazırda Bakıxanov-Binə-Qala dəmiryol xətti yükdaşımaları üçün istifadə olunduğunu bildirib:

 

"Gələcəkdə bu xətt həm də sərnişindaşıma məqsədilə istismar olunacağı təqdirdə, sərnişinlər Binədən Bakıxanov, Koroğlu, Keşlə stansiya və dayanacaqlarına və Bakı Dəmiryol Vağzalına gedə biləcəklər. Eyni zamanda, Bakıxanov dayanacağından Sabunçu, Zabrat-1, Zabrat-2, Məmmədli, Pirşağı, Görədil, Novxanı və Sumqayıt istiqamətinə səfər edə biləcəklər".


OXŞAR XƏBƏRLƏR

Göygöldə kütləvi dava: iki qardaş ağır yaralandı

Göygöldə torpaq üstündə kütləvi dava olub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Quşqara kəndində baş verib.   İlkin məlumata görə, bi...

Sahibə Qafarova İspaniya Senatının sədri ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova İspaniya Krallığına rəsmi səfəri çərçivəsində bu ölkə Senatının sədri Pedro Rollanla görüşüb.   Sfera.az xəbər v...

Fransaya casusluqda təqsirləndirilən şəxslər məhkəmədə bir-birini ittiham etdi

Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Azərbaycan Respublikası Dövlət Təh...

Əvəz Zeynallının son vəziyyəti necədir? - Xanımı danışdı

Üç gündür Əvəz Zeynallının səhhəti pisləşib və xəstəxanaya yerləşdirilib. Soyuq olub, virusa yoluxub. Türkiyədə həkimlər deyiblər ki, 14 gün xəstəxanada müalicə...

Azərbaycanın xarici ticarət dövriyyəsində kəskin artım

Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 16,917 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.   Sfera.az Dövlət Gömrük K...

Tramp Zelenskidən sonra Putinə də zəng etdi - Yeniləndi

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında telefon danışığı başlayıb.   Sfera.az xəbər verir ki, bu barədə “Reuters&rd...