Bako Sahakyan məhkəmədə etiraf etdi


Bako Sahakyan məhkəmədə etiraf etdi

Mayın 19-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan işğal olunmuş Azərbaycan ərazilərində Şuşanın işğalından sonrakı fəaliyyəti, hansı dəstədə xidmət etməsi, hansı komandirlərlə görüşməsi və nələri müzakirə etməsi ilə bağlı sualları cavablandırıb.

 

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, o, 1993-cü ilin iyun ayından arxa xidmət qərərgah rəsi olduğunu deyib.

 

Təqsirləndirilən şəxsin dindirilməsi zamanı nümayiş olunan videoda Bako Shakyan da görünüb. Kadrlarda stul arxasında oturan hərbçilərin sənədlər və xəritə üzərində müzakirələr aparması əksini tapıb. Videodan və B.Sahakyanın ifadələrindən məlum olub ki, müzakirələr zamanı orada müxtəlif komandirlər iştirak edib.

 

B.Sahakyan nümayiş olunan videoda özünü, general Kristapor İvanyanı, Samvel Karapetyanı, Movses Akopyanı, Samvel Babayanı, Vitali Balasanyanı, Vaçaqan İsxanyanı və digərlərini tanıyıb.

 

Bir vaxtlar Azərbaycanın işğal olunuş ərazilərində Ermənistan tərəfindən yaradılan qondarma rejimə "rəhbərlik etmiş", hazırda isə Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayət əməlləri törətməkdə təqsirləndirildiyi üçün Bakıda mühakimə olunan Ermənistan vətəndaşı Bako Sahakyan açıq məhkəmə iclasında suveren ərazilərimizin vaxtilə Ermənistan tərəfindən işğal edilməsi üçün keçirilən hərbi əməliyyat və döyüş tapşırıqlarının hazırlanmasında və müzakirəsində iştirakını etiraf edib.

 

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikası vətəndaşlarının məhkəməsi davam etdirilir.

 


OXŞAR XƏBƏRLƏR

Göygöldə kütləvi dava: iki qardaş ağır yaralandı

Göygöldə torpaq üstündə kütləvi dava olub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Quşqara kəndində baş verib.   İlkin məlumata görə, bi...

Sahibə Qafarova İspaniya Senatının sədri ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova İspaniya Krallığına rəsmi səfəri çərçivəsində bu ölkə Senatının sədri Pedro Rollanla görüşüb.   Sfera.az xəbər v...

Fransaya casusluqda təqsirləndirilən şəxslər məhkəmədə bir-birini ittiham etdi

Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Azərbaycan Respublikası Dövlət Təh...

Əvəz Zeynallının son vəziyyəti necədir? - Xanımı danışdı

Üç gündür Əvəz Zeynallının səhhəti pisləşib və xəstəxanaya yerləşdirilib. Soyuq olub, virusa yoluxub. Türkiyədə həkimlər deyiblər ki, 14 gün xəstəxanada müalicə...

Azərbaycanın xarici ticarət dövriyyəsində kəskin artım

Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 16,917 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.   Sfera.az Dövlət Gömrük K...

Tramp Zelenskidən sonra Putinə də zəng etdi - Yeniləndi

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında telefon danışığı başlayıb.   Sfera.az xəbər verir ki, bu barədə “Reuters&rd...