Xankəndi ilə bağlı 5,5 milyonluq tenderin vaxtı uzadıldı

Xankəndi ilə bağlı 5,5 milyonluq tenderin vaxtı uzadıldı
Kateqoriya məlum deyil
T

"Azərişıq" ASC Xankəndi şəhəri ərazisində yerləşən mövcud “Xankəndi Şəhər” yarımstansiyasının əvəzinə yeni yarımstansiyanın tikintisi üçün elan etdiyi açıq tender üçün təkliflərin son təqdim olunma və zərflərin açılış tarixini uzadıb.

 

Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, şəhər ərazisində yerləşən mövcud “Xankəndi Şəhər” yarımstansiyasının əvəzinə yeni yarımstansiyanın tikintisi və 35 kV-luq iki dövrəli kabel xəttinin çəkilməsi (Yarımstansiya №2) ilə bağlı işlər üçün ehtimal olunan qiymət 5 milyon 598 min 280 manatdır.

 

Mayın 14-ü dərc edilən tender üçün təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi iyunun 19-u olub, lakin qurum bu tarixləri iyunun 27-nə qədər uzadıb. Təchizatçılar təkliflərini təqdim etmək üçün 1500 manat iştirak haqqı ödəməlidirlər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR