Məşhur əyləncə mərkəzi bağlandı - FOTOLAR


Məşhur əyləncə mərkəzi bağlandı - FOTOLAR

Xırdalanda uşaq əyləncə mərkəzində təhlükəli vəziyyət aşkarlanıb, fəaliyyəti dayandırılıb

 

Fövqəladə Hallar Nazirliyi Xırdalanda yerləşən uşaq əyləncə mərkəzində aparılan yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində ciddi pozuntular aşkar edib və obyektin fəaliyyətini dayandırıb.

 

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin məlumatına görə, əyləncə mərkəzində avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu və ilkin yanğınsöndürmə vasitələri yoxdur. Elektrik naqilləri müvəqqəti çəkilib və qaydalara uyğun quraşdırılmayıb. Divarların üzlənməsində yanar materiallardan istifadə olunub, həmçinin obyektin daşınmaz əmlakı qanuna əsasən icbari sığortalanmayıb.

 

Nazirlik xəbərdarlıq edib ki, bu nöqsanlar hər an baş verə biləcək yanğının sürətlə yayılaraq ciddi fəsadlar törətməsinə səbəb ola bilər. Qanun pozuntularına görə mərkəzin fəaliyyəti dayandırılıb və müvafiq qərar obyektin nümayəndəsinə təqdim olunub.

 

Məqaləyə dair fotomateriallar:

 


OXŞAR XƏBƏRLƏR