Terror fəaliyyətində iştirak edən şəxslər saxlanılaraq Azərbaycana gətiriliblər - DTX

Terror fəaliyyətində iştirak edən şəxslər saxlanılaraq Azərbaycana gətiriliblər - DTX

Terror qruplaşmasının fəaliyyətində iştirak edən Azərbaycan vətəndaşları saxlanılaraq ölkəyə gətirilmişlər. 

 

Beynəlxalq terror təşkilatları ilə əlaqəsi olan Azərbaycan Respublikasının vətəndaşlarından ibarət cinayətkar dəstələr formalaşdırma, ölkənin şimal bölgəsində meşə massivində yeraltı sığınacaqlar yaradılması ilə müşayiət olunan terror aktlarına hazırlıq, bu məqsədlə silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri ləvazimatlarla təchiz etmə əməlləri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işləri üzrə kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Aparılan araşdırmalarla terrorçuluq cinayətlərinin törədilməsi məqsədilə yaradılmış dəstənin üzvləri olan Azərbaycan Respublikasının vətəndaşları - Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli və Dadaş Həşimovun 2024-cü ildə Azərbaycan Respublikasını tərk edərək Pakistan İslam Respublikasının Əfqanıstanla sərhədində yerləşən dağlıq ərazilərdə gizləndikləri təsbit edilmişdir. Onların beynəlxalq terror təşkilatının tərkibində Azərbaycanın hüdudlarından kənarda döyüş təlimlərində və silahlı münaqişələrdə iştirak etmələri, cinayətkar məqsədlərlə silahlı təlimlər keçmələri müəyyənləşdirilmişdir.  

 

DTX tərəfindən tərəfdaş xarici xüsusi xidmət və hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində barələrində istintaq aparılan adları qeyd olunan şəxslərin xarici ölkələrin ərazisində ələ keçirilərək Azərbaycana gətirilmələri təmin edilmişdir.

 

Həmçinin görülən tədbirlərlə Tofiq Yusiflinin və Dadaş Həşimovun terrorçuluq fəaliyyətlərinin Azərbaycan Respublikasının vətəndaşları - Mir Cavad Hüseynli və Tural Ağayev tərəfindən maliyyələşdirildiyi, habelə sonuncuların digər cinayət əməlləri aşkar olunmuşdur.

 

Cinayətkar dəstənin üzvləri - Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli, Dadaş Həşimov, Mir Cavad Hüseynli və Tural Ağayev müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 283-1.3 (dini məzhəbləri yayma, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış sabit qruplarda, təlimlərdə və silahlı münaqişələrdə iştirak etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilmiş, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir. 

 

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. 


 


OXŞAR XƏBƏRLƏR

Bakının mərkəzində söküntü başlayır - Bu qədər kompensasiya ödənəcək

Bakının mərkəzində yeni söküntü başlayır, yerində park salınacaq.   Sfera.az “Teleqraf”a istinadən xəbər verir ki, paytaxtın Yasamal rayo...

Nişanlandığı qızı fotoları ilə şantaj etdi - HƏBS OLUNDU

Bakıda nişanlandığı qızı sonradan fotoları ilə şantaj edən 23 yaşlı İmran (ad şərtidir) həbs edilib.   Sfera.az xəbər verir ki, İmran instaqramdan ta...

Məşhur müğənni səhnədə yerə sərildi

Türkiyəli məşhur müğənni Ziynet Salinin vəziyyəti pişləşib.   Çeşmədə səhnəyə çıxan ifaçı mahnı oxuyan zaman anidən yerə yıxılıb. Sənətçinin köməkçil...

Zakir Həsənov İsrailin müdafiə naziri ilə bu məsələləri müzakirə etdi

Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyəti İsrailin Tel-Əviv şəhərində rəsmi səfərdədir.   Bu barədə  Sfera.az-a Azərbaycanın Müdafiə Nazirli...

Tramp Zelenski ilə telefon danışığı aparıb

ABŞ və Ukrayna prezidentləri Donald Trampla Volodimir Zelenski arasında telefon danışığı olub.   Sfera.az xəbər verir ki, bu barədə "Strana"...

Naxçıvanda sarı xəbərdarlıq elan edildi

Mayın 19-dan 25-dək Naxçıvan Muxtar Respublikasında gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.   Sfera.az xəbər verir ki, bu...