Azərbaycanda sürücülük vəsiqəsi lazım olmayacaq

Azərbaycanda sürücülük vəsiqəsi lazım olmayacaq

Azərbaycan qanunvericiliyinə əsasən, avtomobil hərəkətdə olduğu zaman sükan arxasında sürücülük vəsiqəsi olan məsul şəxs mütləq şəkildə olmalıdır. Avtomobil avtopilot rejimində hərəkət etsə belə, sükan arxasında sürücü yoxdursa, bu, qanun pozuntusu sayılır və avtomobil sahibi məsuliyyətə cəlb oluna bilər.

 

Sfera.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov sürücüsüz idarə olunan avtomobillər barəsində danışarkən deyib.

 

Ekspertin sözlərinə görə, Azərbaycanda avtopilot texnologiyasının tətbiqi prinsip etibarilə mümkündür və bunun qarşısında duran əsas maneə hüquqi çərçivənin yenilənməməsidir:


"Sadəcə qanunvericilikdə müəyyən dəyişikliklər edilməlidir. Onsuz da gec-tez bu sistem Azərbaycanda da olacaq. Yaxın gələcəkdə Bakı şəhərində sürücüsüz avtomobillərin hərəkətini görə biləcəyik".

 

Eldəniz Cəfərov əlavə edib ki, dünyada bu texnologiya artıq geniş tətbiq olunur və sürücüsüz avtomobillər əsasən taksi xidmətlərində və yükdaşımalarda istifadə edilir:
 

"Avropa Birliyinin bir sıra ölkələrində, Rusiyada, Birləşmiş Ərəb Əmirliklərində bu texnologiya artıq tətbiq edilir. Azərbaycanda da bu sistemin tətbiqi realdır və mümkündür. Hətta deyərdim ki, bu gedişlə gələcəkdə insanlar avtomobil sahibi olacaqlar, amma avtomobili idarə etmək üçün sürücülük vəsiqəsinə ehtiyac qalmayacaq. Çünki avtomobillər tamamilə pilotsuz olacaq".


OXŞAR XƏBƏRLƏR

"Birbank Biznes" Qəbələdə sahibkarlarla bir araya gəldi

Ötən həftə Azərbaycanda, turizmin mərkəzi bölgələrindən biri olan Qəbələ şəhərində sahibkarlar üçün daha bir tədbir keçirilib. Mərkəzi Bank, Azərbaycan Banklar ...

İran ABŞ-nin tələbini rədd etdi: “Nüvə proqramı dayandırılmayacaq"

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Tehranda keçirdiyi mətbuat konfransında ölkəsinin nüvə proqramı və beynəlxalq danışıqlarla bağlı mühüm açıq...

Almaniya Rusiyaya qarşı sanksiya paketi hazırlayır

Almaniya hökuməti Rusiyanı Ukraynada atəşkəslə razılaşmağa məcbur etmək məqsədilə yeni sanksiyalar paketinin hazırlanması üzərində çalışır.   Sfera.az ...

Zaurla Günay ölkədən köçür? – Özü AÇIQLADI - VİDEO

Aparıcılar Zaur və Günay Baxşəliyevlər ölkədən köçmələri ilə bağlı yayılan iddialara cavab verib.   Sfera.az xəbər verir ki, onlar bu barədə &ld...

Bu proqrama keçid etməyin, təhlükə VAR- XƏBƏRDARLIQ

"Ucuz qiymətə "YouTube Premium" alan istifadəçilər diqqətli olmalıdır".   Sfera.az xəbər verir ki, bunu texnobloqqer Fərid Pərdəş...

"Dərhal təxliyə olun" - Hücum əmri verildi

İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Aviçai Adrai Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinin, eləcə də Bəni Süheylə və Abasan əl-Kəbirə şəhərlərinin s...