See Breeze-də Azərbaycanın ilk özəl Yaxt Klubu – Marina See Breeze açıldı

Azərbaycanın dəniz turizmi sahəsində əlamətdar yenilik baş verib. Xəzər sahilində yerləşən məşhur See Breeze istirahət mərkəzində ölkənin ilk özəl Yaxt Klubu – Marina See Breeze istifadəyə verilib. Bu klub dəniz həvəskarlarına yüksək səviyyəli xidmətlər təqdim edərək, Azərbaycanda lüks və fərdi dəniz istirahətinə yeni bir nəfəs gətirir.
Sfera.az xəbər verir ki, Marina See Breeze klubunun üzvləri üçün eksklüziv imkanlar yaradılıb: şəxsi yaxtalardan istifadə, professional heyətlə dəniz gəzintiləri, xüsusi tədbirlər və müxtəlif dəniz idmanı növləri. Klub həm yerli, həm də xarici turistlər üçün açıqdır və regionda yüksək səviyyəli dəniz turizminin inkişafına xidmət etməyi hədəfləyir.
See Breeze-in bu təşəbbüsü, Azərbaycanın turizm infrastrukturunun diversifikasiyası və Xəzər dənizinin potensialından daha geniş istifadə istiqamətində atılmış mühüm addımlardan biri kimi qiymətləndirilir.
Altay
Sfera.az