Elgünün ailəsindən YENİ AÇIQLAMA: "Hər kəs uydurma xəbər paylaşır"

Elgünün ailəsindən YENİ AÇIQLAMA: "Hər kəs uydurma xəbər paylaşır"

“Bu gün Gəncə şəhər Prokurorluğunda olduq. Bizə istintaqın davam etdiyini bildirdilər”.

 

Sfera.az xəbər verir ki, bu barədə Teleqraf-a Elgün İbrahimovun dayısı Sadiq Zeynalov bildirib.

 

Onun sözlərinə görə, bu gün E. İbrahimovun ailə üzvləri Gəncə şəhər Prokurorluğuna çağırılıb:

 

“İzahatlarımız alındı. Bizə bir daha söz verdilər ki, hadisə tam şəkildə, obyektiv aparılacaq. Hər bir ailə üzvümüzün izahatı alındı”.

 

S. Zeynalov hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan bəzi xəbərlərdən də narahat olduqlarını ifadə edib. Xüsusilə, E. İbrahimovun intihar etməsi xəbərlərinə münasibət bildirib:

 

“Rəsmi qurumlar belə bir açıqlama verməyib. Bacım oğlunun heç nədən şikayəti olmayıb. Çox gözəl oxuyurdu və biz əmin idik ki, uşaq universitetə qəbul olacaq. Nəsə problemi olsa belə biz dayılarına, nənəsinə, ən önəmlisi hər kəsdən çox istədiyi anasına deyərdi. Çünki anası ilə həmişə fikirlərini bölüşüb. İndi rəsmi qurumların təsdiq etmədiyi xəbərləri utanmadan sosial şəbəkələrdə və müxtəlif media qurumlarında paylaşırlar. Xahiş edirəm belə halların qarşısı alınsın. Hər kəs uydurma xəbər paylaşır”.

 

E. İbrahimov sonuncu dəfə də anası ilə danışıb, hazırlığa getdiyini bildirib.

 

Məlumat üçün bildirək ki, E. İbrahimov ağır vəziyyətdə Gəncə Dövlət Texnologiya Universitetinin tərk edilmiş yataqxanasında tapılıb. Xəstəxanaya çatdırılan 11-ci sinif şagirdi bir gün sonra xəstəxanada ölüb. Hadisə ilə bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb


OXŞAR XƏBƏRLƏR

Ancelina Coli zərif dizayner paltarında Kann festivalında görünüb - FOTOLAR

49 yaşlı amerikalı aktrisa Ancelina Coli 2025-ci ildə Kann Film Festivalında "Eddinqton" filminin premyerasında eleqant görünüşlə iştirak edib.  ...

Reklam çəkilişlərinə görə Yunanıstan hakimiyyətindən “Adidas”a milyon dollarlıq iddia - VİDEO

Yunanıstan hakimiyyəti məşhur idman malları istehsalçısı “Adidas”ı Akropol yaxınlığında reklam çəkilişinə görə məhkəməyə vermək qərarına gəlib. Qeyd...

Mingəçevirdə ağır qəza - Yaralılar var

Mingəçevirdə ağır yol nəqliyyat hadisəsi baş verib.   Sfera.az-ın məlumatına görə, hadisə şəhərin giriş hissəsində, Alaqapı adlanan ərazidə olub. ...

Elgünün ailəsindən YENİ AÇIQLAMA: "Hər kəs uydurma xəbər paylaşır"

“Bu gün Gəncə şəhər Prokurorluğunda olduq. Bizə istintaqın davam etdiyini bildirdilər”.   Sfera.az xəbər verir ki, bu barədə Teleqraf-a E...

Tarixin ən yaxşı şahmatçısı 140 min oyunçuya qarşı oynayır: O, artıq nəticəni proqnozlaşdırıb - FOTO

Şahmat üzrə keçmiş dünya çempionu, norveçli Maqnus Karlsen “təsadüfi şahmat” adlanan formatda 140 min nəfərə qarşı oyun oynayır. Mövcud vəziyyətə əs...

Süni intellekt “Eurovision 2025”in qalib ölkəsini AÇIQLADI

Bu axşam keçiriləcək “Eurovision 2025” finalının qalibini əvvəlcədən proqnozlaşdırmağa çalışan “Eurovoix platforması və “The Model&rdquo...