Sahibkarların NƏZƏRİNƏ: Cərimələnə bilərsiz

Sahibkarların NƏZƏRİNƏ: Cərimələnə bilərsiz

Əmək münasibətlərinin düzgün tənzimlənməsinə nəzarət məqsədilə Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən tikinti sahələrində aparılan 30 səyyar yoxlama nəticəsində ümumilikdə 1002 nəfər işçidən 57-nin əmək və ya mülki-hüquqi xarakterli müqavilə olmadan fəaliyyət göstərdiyi müəyyən edilib. Bu faktlarla bağlı 12 hüquqi və fiziki şəxsə qarşı ümumi məbləği 105 000 manat olan inzibati cərimə tətbiq olunub.

 

Sfera.az xəbər verir ki, bu barədə Milli Məclisin iclasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun illik hesabatı zamanı daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov məlumat verib.

 

O əlavə edib ki, vətəndaşların müraciətləri əsasında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən həyata keçirilmiş yoxlamalar zamanı 676 nəfərin əmək müqaviləsi bağlamadan işlədiyi üzə çıxıb. Bu hallarla bağlı müvafiq işəgötürənlərə ümumilikdə 2 milyon 643 min manat dəyərində cərimə tətbiq edilib. Həmçinin, 7 ayrı-ayrı halda işçilərin əmək vəzifələrinə daxil olmayan fəaliyyətləri yerinə yetirməyə məcbur edilməsi səbəbilə aidiyyəti vəzifəli şəxslərə 8000 manat cərimə kəsilib. (Milli.az)


OXŞAR XƏBƏRLƏR

Ancelina Coli zərif dizayner paltarında Kann festivalında görünüb - FOTOLAR

49 yaşlı amerikalı aktrisa Ancelina Coli 2025-ci ildə Kann Film Festivalında "Eddinqton" filminin premyerasında eleqant görünüşlə iştirak edib.  ...

Reklam çəkilişlərinə görə Yunanıstan hakimiyyətindən “Adidas”a milyon dollarlıq iddia - VİDEO

Yunanıstan hakimiyyəti məşhur idman malları istehsalçısı “Adidas”ı Akropol yaxınlığında reklam çəkilişinə görə məhkəməyə vermək qərarına gəlib. Qeyd...

Mingəçevirdə ağır qəza - Yaralılar var

Mingəçevirdə ağır yol nəqliyyat hadisəsi baş verib.   Sfera.az-ın məlumatına görə, hadisə şəhərin giriş hissəsində, Alaqapı adlanan ərazidə olub. ...

Elgünün ailəsindən YENİ AÇIQLAMA: "Hər kəs uydurma xəbər paylaşır"

“Bu gün Gəncə şəhər Prokurorluğunda olduq. Bizə istintaqın davam etdiyini bildirdilər”.   Sfera.az xəbər verir ki, bu barədə Teleqraf-a E...

Tarixin ən yaxşı şahmatçısı 140 min oyunçuya qarşı oynayır: O, artıq nəticəni proqnozlaşdırıb - FOTO

Şahmat üzrə keçmiş dünya çempionu, norveçli Maqnus Karlsen “təsadüfi şahmat” adlanan formatda 140 min nəfərə qarşı oyun oynayır. Mövcud vəziyyətə əs...

Süni intellekt “Eurovision 2025”in qalib ölkəsini AÇIQLADI

Bu axşam keçiriləcək “Eurovision 2025” finalının qalibini əvvəlcədən proqnozlaşdırmağa çalışan “Eurovoix platforması və “The Model&rdquo...