Düşənbədə Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

Mayın 19-22-də Tacikistanın paytaxtı Düşənbə şəhərində Azərbaycan mədəniyyəti günləri keçiriləcək.
Sfera.az-a xəbər verir ki, bu barədə Azərbaycan Mədəniyyət Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, prezidentlər İlham Əliyev və İmoməli Rəhmon tərəfindən 2024-cü ilin 23 may tarixində Bakıda “Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə” imzalanıb.
2007-ci ildə Azərbaycanda ilk dəfə Tacikistan Mədəniyyət Günləri, 2008-ci ildə isə dost ölkədə mədəniyyət günlərimiz gerçəkləşib.
Xəbərdə deyilir: "Sonrakı dövrdə qarşılıqlı olaraq kitab sərgilərində iştirak, eyni zamanda iki ölkənin yaradıcı kollektivlərinin səfərləri, nəhayət, 2024-cü ilin may ayında Bakı və Gəncə şəhərlərində təşkil olunan Tacikistan Mədəniyyəti Günləri iki ölkə arasında mədəni əlaqələrin tərəqqisinin göstəricisidir".