“Elgünü qətlə yetirən cinayətkarlara layiq olduqları cəzanı verəcəklər” -Deputat

“Elgünü qətlə yetirən cinayətkarlara layiq olduqları cəzanı verəcəklər” -Deputat

Xəbər verdiyimiz kimi, Gəncə şəhər 34 saylı məktəbin 11-ci sinif şagirdi Elgün İbrahimov xüsusi amansızlıqla qətlə yetirilib. 

 

2 gün əvvəl qətlə yetirilən Elgünün ölümünə Gəncədən olan deputat Pərvin Kərimzadə də münasibət bildirib.

 

Sfera.az bildirir ki, xanım deputat açıqlamasında 11-ci sinif şagirdinin xüsusi qəddarlıqla qətlə yetirilməsinin üzücü hadisə olduğunu deyib:

 

"Gəncə şəhərində 34 saylı məktəbin 11-ci sinif şagirdi Elgün İbrahimovun öldürülməsi hər birimizi kədərləndirir. Onun xüsusi qəddarlıqla öldürülməsi dəhşətli və üzücü hadisədir".

 

Hər bir valideyn üçün övlad itkisinin ağır olduğunu deyən deputat cinayətkarların tezliklə tapılacağını bildirib:

 

"Elgünün ailəsinə başsağlığı verir, onlara Allahdan səbr arzulayıram. Hər bir valideyn üçün övlad itkisi çox ağırdır. Elgünün də bir gənc olaraq gələcək üçün arzuları var idi. Allah ona rəhmət eləsin. İnanırıq ki, hüquq-mühafizə orqanları Elgünü amansızcasına qətlə yetirən cinayətkarları tezliklə taparaq layiq olduqları cəzanı verəcəklər".(Azxeber.com)


OXŞAR XƏBƏRLƏR

Alimlər Alkatraz qaçışlar haqqında nə deyirlər? - FOTO

Alkatraz adasındakı bədnam həbsxananın açılması xəbəri ilə bu yerdən nə vaxtsa kiminsə uğurla qaçıb qaçmadığı sualı bir daha gündəmə gəlib. Maraqlar təbii olara...

Yuxudan oyandı və bütün internetin onun tətil fotosuna güldüyünü gördü

24 yaşlı Klaudiya Rozier adlı gənc qız dostundan gələn qəribə mesajla oyanıb. Məlum olub ki, onun İspaniyadan olan köhnə şəkli 82 milyon baxış toplayıb və inter...

Mavi Balinadan sonra yeni: “TikTok”da "Ölüm Trendi"

Başda “TikTok” olmaqla gənclər arasında zaman-zaman dəb halına gələn “ölüm meylləri”nə challenge adı ilə yenisi əlavə edilib. Bir müddət...

Müdirin həyat yoldaşının tələbi ilə qadın işdən çıxarıldı - FOTO

Amerikalı Melissa Nelson on ildən çox klinikada diş həkimi köməkçisi işləyib. Əla reputasiyaya və heç bir şikayət edilməməsinə baxmayaraq, stomatoloji klinikada...

Döyülərək öldürülən Elgünün imtahan nəticələri açıqlandı - FOTO

Gəncədə döyülərək öldürülən Elgün İbrahimovun mayın 4-də verdiyi Azərbaycan dili imtahanının nəticəsi bu gün açıqlanıb.   Sfera.az xəb...

Təmir zamanı köhnə bankalardan 62 min dollardan çox pul tapıb - FOTO

Şanslı bir mülk sahibi tərk edilmiş bir evin divarlarında gizlədilmiş köhnə kakao tozu qablarında 47,000 funt sterlinqdən (62,000 dollara bərabər) çox pul tapıb...