"Məktəblərdə təhlükəsizlik protokolları hazırlanmalıdır" - Hüquqşünas

"Məktəblərdə təhlükəsizlik protokolları hazırlanmalıdır" - Hüquqşünas

Son vaxtlar Bakıda uşaq oğurluqları ilə bağlı narahatedici xəbərlər yayılmaqdadır. Sosial şəbəkələrdə və xəbər portallarında yayılan məlumatlara görə, bir neçə rayonda uşaq oğurluğuna cəhd edilib. Hadisələrin çoxunun yaşayış binalarının həyətlərində, məktəb və bağça yaxınlıqlarında qeydə alındığı iddia olunur.


Bu cür hallara qarşı məktəblər və valideynlər hansı tədbirlər görməlidir? Uşaqların qorunması üçün necə davranılmalıdır?


Sözügedən məsələ ilə bağlı Sfera.az-a açıqlama verən hüquqşunas Rəhim Xoyski qeyd etdi ki, aşağı yaş qrupunda olan uşaqların məktəblərdə qorunması üçün valideynlər, müəllimlər və məktəb rəhbərliyi birgə və koordinasiyalı şəkildə fəaliyyət göstərməlidir. 

 

 

Hüquqşunasın sözlərinə görə, ilk növbədə məktəblərdə təhlükəsizlik protokolları hazırlanmalı və bu qaydalar ciddi şəkildə tətbiq olunmalıdır:

 

“Məktəblərin giriş-çıxışına nəzarət sistemi qurulmalı, yalnız müvafiq şəxslərin məktəb ərazisinə daxil olmasına icazə verilməlidir. Eyni zamanda, təhlükəsizlik kameraları vasitəsilə məktəb ərazisi daimi müşahidə altında saxlanmalıdır. Şübhəli şəxslər müşahidə edildikdə dərhal onların kimliyi müəyyənləşdirilməli və lazımı tədbirlər görülməlidir. Bununla yanaşı, pedaqoji heyətə də təhlükəsizliklə bağlı mütəmadi təlimlər keçirilməlidir. Müəllimlər və digər məktəb işçiləri uşaqların təhlükəsizliyinin təmin olunması, zorakılığın qarşısının alınması və uşaqlarla düzgün ünsiyyətin qurulması mövzusunda maarifləndirilməlidir. Məktəbdə psixoloji dəstək xidməti fəaliyyət göstərməli, peşəkar psixoloq vaxtaşırı olaraq uşaqlarla söhbətlər aparmalı, onların sosial və emosional rifahı izlənilməlidir”. 

 

R.Xoyski bu məsələdə valideynlərin də üzərinə məsuliyyət düşdüyünü söylədi. Onun fikrincə, valideynlər ilk növbədə uşaqları ilə açıq və etibarlı ünsiyyət qurmağı bacarmalıdır. Hüquqşünas dedi ki, uşaq məktəbdə baş verən hadisələri valideynlərinə rahatlıqla danışa bilməlidir:

 

“Bunun üçün münasibət səmimi, anlayışlı və dəstəkləyici olmalıdır. Uşaqlara bədən toxunulmazlığı, şəxsi sərhədlər və bu sərhədlərin pozulmaması qaydaları yaşa uyğun şəkildə izah edilməlidir. “Yaxşı” və “pis” toxunuşlar barədə söhbətlər aparılmalı, uşağa təhlükəli hallarda “yox” deməyi və belə vəziyyətlərdə kimə müraciət etməli olduğunu öyrətmək vacibdir (məsələn: müəllim, məktəb psixoloqu, valideyn və s.). Valideynlər məktəblə daim əlaqədə olmalı, müəllimlərlə mütəmadi görüşlər keçirməli, uşağın davranışı və emosional durumu ilə maraqlanmalıdırlar. Məktəbin təhlükəsizlik siyasətləri ilə tanış olmalı və bu qaydaları uşaqlarına da izah etməlidirlər. Uşağın davranışında baş verən dəyişikliklərə diqqət yetirilməlidir. Əgər uşaq özünəqapanırsa, qorxursa və ya məktəbə getmək istəmirsə, bu hallar ciddi şəkildə araşdırılmalıdır”.

 

Müsahibimiz hesab edir ki, məktəblərdə qeyd olunan məsələlərlə bağlı məsuliyyətsizlik müşahidə olunduğu zaman, valideynlər buna biganə qalmamalı, müvafiq nəzarət qurumlarına şikayət etməli və tədbir görülməsini tələb etməlidir:

 

“Uşaqlara real həyatda baş verə biləcək təhlükəli vəziyyətləri canlandıraraq təhlükəsizlik vərdişləri aşılanmalıdır. Onlar ünvan, telefon nömrəsi və s. kimi şəxsi məlumatlarını tanımadıqları şəxslərlə paylaşmamağın vacibliyini öyrənməlidirlər. Ən əsası isə uşaqlar onlara qarşı edilən hər hansı zorakılıq və ya xoşagəlməz davranış barədə utanmadan danışmağa təşviq olunmalıdırlar. Uşaqlar valideyn və müəllimlərindən çəkinməsi başlarına gələn hər hansı pis situasiyanı açıq və çəkinmədən ifadə edə biləcəklər”.

 

Fidan Hacızadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Kripto bloqqeri oğurlayan soyğunçular pul ala bilməyəndə görün nə et0dilər?

Fransız kripto bloqqeri və məşhur “TikTok” məzmun yaradıcısı adam oğurluğunun qurbanı olub, lakin ertəsi gün sərbəst buraxılıb. Soyğunçular onun gir...

80 yaşlı kişi hələ də supermarketdə işləyir - SƏBƏB

Kaliforniyada (ABŞ) dəbdəbəli evlərin keçmiş memarı Qari Salinq sevdiyi qadına verdiyi sözə görə 80 yaşında hələ də işləməyə davam edir. 2017-ci ildə onun həyat...

6 il ərzində aldatma yolu ilə pulsuz səyahət etdi

ABŞ-da bir adam özünü stüardessa kimi göstərərək və saxta məlumatlardan istifadə edərək 120 pulsuz uçuş həyata keçirib.   Sfera.az bildirir ki, 35 yaşl...

AzTV üzr istədi

Azərbaycan Dövlət Televiziyası tamaşaçılardan üzr istəyib.   Sfera.az xəbər verir ki, bu barədə telekanalın yaydığı açıqlamada deyilir:   ...

Müavinət və təqaüdlərin artımları nə vaxt ödəniləcək?

Müavinət və təqaüdlərdə yeni artımlar ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində növbəti mühüm addım olmaqla, vətəndaş rifahının təminatı...

Mahmud Əhmədinejadın öldürülməsi xəbəri təkzib edildi -YENİLƏNDİ

İranın sabiq prezidenti Mahmud Əhmədinejat Tehranda küçədə açılan atəşlə qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu haqda İran KİV-də xəbərlər ya...