"Rezidentura təhsilində 56 ixtisas üzrə həkim hazırlığı davam edir" - Teymur Musayev

"Rezidentura təhsilində 56 ixtisas üzrə həkim hazırlığı davam edir" - Teymur Musayev
Kateqoriya məlum deyil
T

Rezidentura təhsilində 56 ixtisas üzrə həkim hazırlığı davam edir.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar Səhiyyə naziri Teymur Musayev deyib.

 

Onun sözlərinə görə, 2011-ci ildən etibarən Azərbaycanda ali tibb təhsilinin rezidentura səviyyəsi tətbiq olunur. Hazırda 56 ixtisas üzrə həkim-mütəxəssislərin hazırlanması həyata keçirilir.

 

Nazir qeyd edib ki, rezidentura təhsil proqramlarının müddəti ixtisasdan asılı olaraq 2 ildən 5 ilə qədər dəyişir. 

 

Onun sözlərinə görə, Nazirlər Kabinetinin 2013-cü il 21 noyabr tarixli qərarına əsasən, dövlət sifarişi ilə rezidentura təhsili alan şəxslər 3 il müddətində Səhiyyə Nazirliyinin göndərişi ilə dövlət səhiyyə müəssisələrində fəaliyyət göstərməlidirlər.


Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR