Azərbaycandan xaricə gedə bilməyən borclu şəxslərə SMS göndəriləcək

Azərbaycandan xaricə gedə bilməyən borclu şəxslərə SMS göndəriləcək

Azərbaycanda ölkədən getmək hüquqi məhdudlaşdırılan borclu fiziki şəxsə və hüquqi şəxsin icra orqanının rəhbərinə bu barədə məlumat verilməsi qaydası dəyişir.

 

Sfera.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "İcra haqqında" qanuna dəyişiklik təklif edilir.

 

Dəyişikliyə əsasən, borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal "Elektron məhkəmə" informasiya sistemindən "Elektron icra" informasiya sisteminə ötürülür. 

 

"Elektron icra" informasiya sistemi vasitəsilə bu barədə dərhal "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq edilir, bununla bağlı "Elektron icra" informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat verilir, cümlədən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir.

 

Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin hüququnun ölkədən getmək müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda bu barədə məlumat dərhal "Elektron icra" informasiya sisteminə daxil edilir və "Giriş-çıxış idarələrarası və qeydiyyat" avtomatlaşdırılmış məlumat-axtarış sisteminə ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin barəsində tətbiq edilmiş məhdudiyyət götürülür və bununla bağlı "Elektron icra" informasiya sistemi vasitəsilə borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir.

 

Məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib. 

 

Firuzə Əliyeva
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Umico kredit xəttinin istifadəçiləri üçün xüsusi kampaniya: komissiyasız alış-veriş imkanı

"Umico" müştərilərinin alış-veriş təcrübəsini daha sərfəli və rahat etmək məqsədilə xüsusi kampaniyaya start verir. 25 may 2025-ci il tarixinədək...

Ermənistanda zəlzələ oldu

Ermənistan-Gürcüstan sərhədində 2,3 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Sey...

Əhmədlidə bir ailə ilanın girovuna çevrildi - Rəsmi qurumlar kömək etmək istəmir

Bakının Əhmədli qəsəbəsində yaşayan bir ailə həyətlərinə girən ağ rəngli, təxminən 1 metr uzunluğundakı bir ilan səbəbindən evlərinə qapanıblar.   ...

Dünyanı qorxuya salan COVİD XƏBƏRDARLIĞI – Pandemiya geri QAYIDIR?

Deyəsən, koronavirus yenidən baş qaldırmağa başlayıb. Belə ki, Sinqapur və Honqkonqdan COVİD-19-la bağlı gələn xəbərlər dünya ictimaiyyətində narahatlıq doğurub...

Bu ölkələrdən Azərbaycana ət məhsullarının gətirilməsinə MƏHDUDİYYƏT QOYULDU

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Əlcəzair Xalq Demokratik Respublikasının Uarqla, Ləğuat, Becaya əyalətlərində, Türkiyə ...

"Aynur Dadaşovanın həmin görüntülərini 300 dollara satdılar"

Aparıcı Sərxan Kərəmoğlu 22 il əvvəl proqramında müğənni Aynur Dadaşovanın həmkarı ilə əlbəyaxa davasından danışıb.   Sfera.az xəbər verir ki, o...