Logo

Xəzərdən tapılan meyit neftçinindir? - ARAŞDIRILIR - YENİLƏNİB

Xəzərdən tapılan meyit neftçinindir? - ARAŞDIRILIR - YENİLƏNİB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

16:07

İtkin düşmüş neftçilərin axtarışı zamanı sahildə meyit tapılıb.

Sfera.az xəbər verir ki, bu barədə Trend-ə Axtarış - Xilasetmə qərargahından məlumat verilib.

"Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan Prezidentinin 16 dekabr 2016-cı il tarixli sərəncamına əsasən, Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində Neftçala rayonunun 1-ci Mayak kəndi ərazisində sahildə naməlum meyit aşkarlanıb.

Tapılan meyitin "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft yığım məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərə aid olub-olmaması müəyyənləşdirilir.

Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

----------

12:29

Bu gün səhər saatlarında Xəzər dənizinin Neftçala rayonu, Mayak kəndi ərazisindəki sahilindən naməlum kişi meyidi tapılıb.

Sfera.az virtualaz.org-a istinadən xəbər verir ki, hazırda meyidin kimə məxsus olduğu araşdırılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR