Bu şəxslərə 700 manat müavinət ödənilib

Bu şəxslərə 700 manat müavinət ödənilib

İnsan alveri qurbanlarının müdafiəsi, bu istiqamətdə hüquqi, sosial-iqtisadi tədbirlərin məqsədyönlü icrası diqqətdə saxlanılıb.

 

Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda (2024-cü il) əksini tapıb.

 

Qeyd edilib ki, onlardan 80 (2023-cü illə müqayisədə 10 nəfər az) nəfərinin hər birinə 700 manat birdəfəlik müavinət ödənilmiş, 56 (2023-cü illə müqayisədə 12 nəfər az) nəfəri müvəqqəti yaşaması üçün Daxili İşlər Nazirliyinin müvafiq sığınacağına yerləşdirilərək tibbi (HİV, AİDS, ginekoloji, terapevt), sosial, psixoloji, hüquqi və digər yardımlarla təmin edilmişdir. Daha 18 qurban peşə kurslarına yönəldilmiş, 9 nəfəri işlə təmin edilmiş, 1 əcnəbi qurbanın repatriasiyasında, 9 qurbana şəxsiyyət vəsiqəsi və 11 qurbanın ünvanlı sosial yardım almasında, 2 uşaq qurbanın təhsilini davam etdirməsi üçün İnteqrasiya təlimli internat məktəbinə qəbul olunmasında köməklik edilib, 44 qurbanın ailəsinə qayıdışı təmin olunub.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin İnsan alveri qurbanlarına Yardım Mərkəzinə istiqamətləndirilmiş 63 qurbandan 36-na psixoloji, 13-nə hüquqi yardım göstərilmiş, 3-ü peşə kurslarına cəlb edilməsi və 3 nəfər işlə təmin olunması üçün Dövlət Məşğulluq Agentliyinə istiqamətləndirilmiş, 3 qurbanın övladları isə məktəb ləvazimatları ilə təmin edilmişdir.

 

Vətəndaş müraciətləri əsasında və QHT-lər tərəfindən istiqamətləndirilmiş 17 potensial qurban da lazımi qayğı ilə əhatə olunmuş, habelə 88 (2023-cü illə müqayisədə 10 nəfər az) qurbana və potensial qurbana Daxili İşlər Nazirliyinin müvafiq Kömək Fondu hesabına 5.050 (-250) manat məbləğdə maddi yardım edilib.

 

Vəkillər Kollegiyasının üzvləri tərəfindən ümumilikdə 98 qurbana, o cümlədən 70 nəfərinə məhkəmə baxışında və 28 nəfərinə istintaq prosesində hüquqi yardım göstərilib. Qurbanların uşaqları da diqqətdə saxlanılaraq 16 nəfəri tədris ləvazimatı ilə, 12 nəfəri doğum haqqında şəhadətnamə ilə təmin olunmuş, 10 uşaq məktəbəqədər təhsil proqramına cəlb edilmiş, daha 10 nəfərinin aliment alması təşkil olunub.


Firuzə Əliyeva
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ev sahibinin ayaqqabısı Ərdoğanın marağına səbəb oldu - VİDEO

Bu gün Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimində Türkiyə Prezidenti Rəcəb ...

Bakıda yerləşən taxta sexində yanğın

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində taxta sexinin ərazisində yanğın baş ver...

Sürücülərin NƏZƏRİNƏ! Sabah saat 10:00-dan 18 may saat 20:00-dək...

Bakının Nizami rayonu, Babək prospektinin Lütfi Zadə küçəsi və Məşədi Hilal Kazımov küçəsi ilə kəsişmələrində hərəkət məhdudlaşdırılacaq.   Bu barədə&n...

MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanlarının növbəti iclası keçirilib - FOTO

Mayın 16-da Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhər...

Makron sülh müqaviləsindən danışdı

Fransa sülhün əldə olunması və sülh müqaviləsinin bağlanması üçün Azərbaycan və Ermənistanın göstərdiyi səyləri dəstəkləyir.   Sfera.az Trend-ə istin...

"Umico" kredit xəttinin istifadəçiləri üçün xüsusi kampaniya: komissiyasız alış-veriş imkanı

"Umico" müştərilərinin alış-veriş təcrübəsini daha sərfəli və rahat etmək məqsədilə xüsusi kampaniyaya start verir. 25 may 2025-ci il tarixinədək...