Ötən il insan alverində azalma qeydə alınıb

Ötən il insan alverində azalma qeydə alınıb

İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 1 (2023-cü illə müqayisədə 2 fakt az) məcburi əmək faktı əsasında 1 (2023-cü illə müqayisədə 1 cinayət işi az) cinayət işi başlanılıb.

 

Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda (2024-cü il) əksini tapıb.

 

Qeyd edilib ki, hesabat ilində İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 1 (2023-cü illə müqayisədə 2 fakt az) məcburi əmək faktı əsasında 1 cinayət işi başlanılıb və aparılmış araşdırmalarla həmin cinayətlərdən zərər çəkmiş şəxslərin ölkə daxilində məcburi dilənçiliyə məruz qalması müəyyən olunub.


Firuzə Əliyeva
Sfera.az


OXŞAR XƏBƏRLƏR