Bakı metrosunun bir xəttində ancaq YENİ NƏSİL qatarlar olacaq – RƏSMİ

Bakı metrosunun bir xəttində ancaq YENİ NƏSİL qatarlar olacaq – RƏSMİ

"2025-2026-cı illərdə "Bakı Metropoliteni" QSC-yə 30 vaqonun (6 qatar tərkibi) alınması nəzərdə tutulub".

 

Sfera.az xəbər verir ki, bunu “oxu.az”a "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətindən bildirilib.

 

Məlumatda qeyd olunub ki, istehsalçı müəssisə ilə razılaşmaya əsasən, 2025-ci il ərzində 30 yeni nəsil vaqonu alınaraq Bakı metropoliteninə gətiriləcək və tam komplektləşdirmə aparılaraq xətlərə buraxılması istiqamətində tədbirlər görüləcək:


"Xətlər ayrıldıqdan sonra "yaşıl" xətdə ancaq yeni nəsil qatarlar hərəkət edəcək.
 

"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na əsasən, bu dövrdə istismar müddətini başa vurmuş vaqonların əvəzlənməsi və 299 yeni vaqonun alınması planlaşdırılır".


OXŞAR XƏBƏRLƏR