Azərbaycanda iş icazəsi verilmiş əcnəbilərin sayı ​açıqlandı

Azərbaycanda iş icazəsi verilmiş əcnəbilərin sayı ​açıqlandı

Azərbaycanda 2024-cü ildə haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməyə iş icazəsi verilmiş əcnəbilərin sayı məlum olub.

 

Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda (2024-cü il) əksini tapıb.

 

Dövlət Miqrasiya Xidmətinin müraciəti əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 4 251 əcnəbiyə Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməyə iş icazəsi verilib, 5 106 əcnəbinin isə müvafiq icazə müddəti uzadılıb.


Firuzə Əliyeva
Sfera.az


OXŞAR XƏBƏRLƏR