Milli Məclisdə Ermənistandan şəhid əsgərimizin nəşinin qaytarılması tələb edildi

Milli Məclisdə Ermənistandan şəhid əsgərimizin nəşinin qaytarılması tələb edildi

Milli Məclisin yaz sessiyasının bu gün keçirilən iclasında Ermənistandan ötən ilin sonlarında şəhid olan əsgərimiz Çingiz Qurbanovun nəşinin qaytarılması tələb edilib.

Sfera.az Trend-ə istinadən xəbər verir ki, deputat Aydın Mirzəzadə bildirib ki, Ermənistan beynəlxalq konvensiyaların tələblərinə əməl etməli və əsgərimizin nəşini Azərbaycana verməlidir: "Biz Ermənistandan Azərbaycan əsgərinin nəşini qaytarmağı tələb edirik".

A.Mirzəzadə bildirib ki, Ermənistan nə qədər tez konstruktiv mövqeyə gəlsə, onun üçün bir o qədər yaxşı olar: "1991-ci ildə Azərbaycanın 7 milyon, Ermənistanın isə 4 milyon əhalisi var idisə, indi Ermənistanda əhalinin sayı 2 milyondur, ancaq Azərbaycanda əhalinin sayı artıq 10 milyona çatıb. Bu gün Azərbaycan regionun lider dövlətinə çevrilib, beynəlxalq və regional layihələrin təşəbbüskarı kimi çıxış edir. Ancaq Ermənistan kiçik kreditlər üçün Avropa ölkələrinin qapılarında qalıb. Biz Ermənistana öz taleyini düşünməyi məsləhət görürük. Ümid etmək istəyirəm ki, Ermənistan nəhayət, normal bir təfəkkürə qayıdacaq".

Deputat Qənirə Paşayeva da şəhid əsgərimiz Çingiz Qurbanovun nəşinin Ermənistan tərəfindən hələ də geri qaytarılmamasına diqqət çəkib və Ermənistanın şəhid əsgərimizin nəşinin qaytarmalı olduğunu bildirib.


OXŞAR XƏBƏRLƏR

Milli Məclisin deputatları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Bu gün Milli Məclisin bir qrup deputatı Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə Fəxri xiyabana gələrək onun məzarını ziyarət ediblər. Deputatlar dahi ...

Bu gün Ukraynada Avropa liderləri toplantı keçirəcək

Bu gün Ukraynaya kömək etmək istəyən ölkələr toplantı keçirəcək.   Sfera.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.   ...

Nazir AZAL-ın təyyarəsinin vurulmasından danışdı

AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Rusiyanın istintaqının başa çatmasını gözləyirik.   Sfera.az xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici...

"Avropanın səhvləri münaqişəni uzadır" - Macarıstan XİN

"Avropa liderləri münaqişənin həlli ilə bağlı səhv strategiyaya görə məsuliyyət daşıyacaqlarından narahat olduqları üçün Ukraynada sülhün bağlanması anını ...

“WhatsApp”da bu mesaja cavab verməyin - Yeni dələduzluq üsulu yayılıb

“WhatsApp”, istifadəçiləri yeni bir dələduzluq üsulu barədə xəbərdar edib. Xəbərdaqlıqda qeyd edilir ki, tanıdığınız bir şəxsdən gələn “Salam,...

Tanınmış analitik canlı yayımda huşunu itirdi - VİDEO

ABŞ-nin tanınmış siyasi analitiki və Donald Tramp administrasiyası rəsmisi Kamrin Kinsi, “Fox News @ Night” proqramında canlı yayım zamanı qəfildən ...