Logo

Nardaranda xüsusi əməliyyat- - Bir nəfər də tutuldu

Nardaranda xüsusi əməliyyat- - Bir nəfər də tutuldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Nardaran qəsəbəsində 4 dekabr 2015-ci ildən axtarışda olan daha bir radikal islamçı saxlanılıb.

Sfera.az virtualaz.org-a istinadən xəbər verir ki, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi və Sabunçu Rayon Polis İdarəsi 13-cü bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat çərçivəsində “Müsəlman Birliyi Hərəkatı”nın üzvü, 1982-ci il təvəllüdlü Şirvanov Seyfəddin Nurulla oğlu saxlanılıb.

Sabunçu Rayon Polis İdarəsindən bildiriblər ki, S.Şirvanov noyabrın 26-da, ilahiyyatçı Taleh Bağırzadənin və 14 tərəfdarının həbsi ilə bağlı keçirilən xüsusi əməliyyatdan sonra Nardaranda kütləvi qarışıqlıq yaratmağa çalışıb və qəsəbə sakinlərini açıq şəkildə hakimiyyəti zor gücü ilə zəbt etməyə və dövlətə qarşı fəaliyyətə çağırıb.

Xatırladaq ki, Nardaran hadisələri ilə bağlı indiyədək 20 nəfərdən çox adam şübhəli şəxs qismində saxlanılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR