20 faizini xəstələr özləri ödəyəcəklər - VACİB DƏYİŞİKLİK


20 faizini xəstələr özləri ödəyəcəklər - VACİB DƏYİŞİKLİK

Azərbaycanda tətbiq edilən icbari tibbi sığorta çərçivəsində əhaliyə göstərilən bəzi xidmətlərin qiyməti dəyişib.

 

Sfera.az xəbər verir ki, xidmət zərfinə daxil olan Kompüter Tomoqrafiyası (KT) və Maqnit Rezonans Tomoqrafiyası (MRT) xidmətlərinin ödənişində yeni qayda tətbiq edilib.

 

Nəticədə indiyədək tamamilə dövlət tərəfindən ödənilən KT və MRT müayinəsinin dəyərinin bir hissəsini xəstələr ödəməli olacaqlar.

 

Dəyişikliyə səbəb Nazirlər Kabinetinin 24 aprel 2025-ci il tarixli 134 nömrəli Qərarıdır, bu qərara əsasən "İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi"nə dəyişiklik edilib. Dəyişikliyə əsasən, MRT (Maqnit Rezonans Tomoqrafiya) və KT (Kompüter Tomoqrafiyası) müayinələri üçün yeni ödəmə qaydası müəyyən edilib. Qaydaya əsasən KT və MRT xərcinin 20%-ni xəstələr özləri ödəyəcəklər. Qalan məbləği İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ödəyəcək. Xatırladaq ki, indiyədək KT və MRT məbləğləri bütünlüklə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ödənilirdi. İndi isə bu xidmətlər müştərək maliyyələşməyə keçib, yəni onların dəyərinin bir hissəsinin ödənilməsi xəstələrin üzərinə qoyulub.

 

Məsələn, ambulator tibbi xidmətlər üzrə MRT və KT müayinələrinin tarifləri nahiyədən asılı olaraq 50-120 manat arası dəyişir. 50 manatlıq müayinədə xəstələr bu pulun 10 manatını, 120 manatlıq müayinədə isə 24 manatını  və sair ödəyəcəklər. Müayinənin qiyməti 150 200 manat olduqda isə xəstələrin ödədiyi məbləğlər də müvaafiq olaraq 30-40 manat olacaq.

 

Qurumdan bildirildi ki, bu dəyişiklik bir neçə məqsədə xidmət edir. Əvvəla, vətəndaşlar yalnız həqiqətən ehtiyac olduğu hallarda mürəkkəb diaqnostik müayinələrə yönləndiriləcək. Bu qayda inkişaf etmiş ölkələrin səhiyyə sistemində də geniş şəkildə tətbiq edilir.


OXŞAR XƏBƏRLƏR

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızı ilə bağlı paylaşım etdi - FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyev sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər ver...

Azərbaycanda əsgərlik yaşı DƏYİŞİR?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov hərbi xidmətə çağırış yaşının 20 yaşdan yuxarı qaldırılması bar...

İran Prezidentinə sui-qəsdə əl atdılar

İran Prezidenti Məsud Pezeşkian, İsrail hakimiyyətinin ona qarşı sui-qəsd cəhdi etdiyini bildirib.   Sfera.az xarici mediaya istinadən xəbər verir ki...

İsveçin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı

İsveçin müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. ...

İkili diplomu olan tələbələrin sayı açıqlandı

2024-2025-ci tədris ilində beynəlxalq ikili diplom proqramları üzrə təhsil hüququ qazanan və məzun olan şəxslərin sayı açıqlanıb.    Sfera.az xə...

"Mobil tətbiq üzrə rəqibimiz yoxdur" - Nadir Babazadə

"Mobil tətbiq üzrə özümüzə rəqib görmürük".   Sfera.az xəbər verir ki, bunu bu gün keçirilən ABB İnvest şirkətinin fəaliyyətinə dair mətbu...