Qar yağdı, Bakı-Sumqayıt qatarında sıxlıq yarandı
Cəmiyyət
12:25 / 01.02.2017
771
Kəskin hava şəraiti ilə bağlı qatarların hərəkətində gecikmələr var.
Ölkədə müşahidə edilən qarlı və şaxtalı hava şəraitid əmiryolların işinə qismən təsir edib. "Azərbaycan Dəmiryolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirovanın verdiyi məlumata görə, qatarların hərəkətində 15-20 dəqiqəlik gecikmələr müşahidə edilir. Buna səbəb isə maşinistlərə sürətin azaldılması ilə bağlı tapşırıq verilməsidir.
S. Qədirova bildirib ki, kəskin hava şəraiti Bakı-Sumqayıt qatarına təlabatı artırıb: "Hazırda elektrik qatarından istifadə edənlərin sayı adi günlərdəkindən xeyli çoxdur. Bu cür davam edərsə, qatarlara əlavə vaqonlar qoşulacaq."
Qurum rəsmisi onu da bildirdi ki, ümumiyyətlə ölkədaxili və beynəlxalq istiqamətdə hərəkət edən qatarların hərəkətində məhdudiyyət yoxdur. Sərnişinlərin rahatlığının təmni edilməsi üçün istilik sistemləri işlək vəziyyətə gətirilib. Həmçinin dəmiryolun ərazisindəki yollarda təmizləmə işləri aparılıb.
mənbə: istipress