Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni DETALLAR - Bir gün əvvəl...

Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni DETALLAR - Bir gün əvvəl...

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni detallar ortaya çıxıb.

 

Sfera.az “Bakupost.az”a istinadla xəbər verir ki, 49 yaşlı hakim ötən gün infarkt keçirərək xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Bu gün o, Qurd Qapısı qəbiristanlığında dəfn olunub.

 

Mərhumun yaxınlarının verdiyi məlumata görə, Samir Əliyev Azərbaycandan Türkiyəyə təhsil almaq üçün göndərilən ilk tələbələrdən biri olub. 1992-ci ildə Ankara Universitetinə daxil olan S.Əliyev daha sonra təhsilini Bakı Dövlət Universitetində davam etdirib və buranı hüquq ixtisası üzrə bitirib.

 

Samir Əliyevin üç övladı var. Onun Londonda təhsil alan qızı üçün bu gün xüsusilə ağır olub. Belə ki, qızının diplom müdafiəsi bu günə təsadüf edib. Atasının ölüm xəbərini alan tələbə dərhal Bakıya qayıdıb.


Maraqlıdır ki, Samir Əliyev bir həftə əvvəl özəl xəstəxanalardan birində ümumi "çek-ap" (check-up) müayinəsindən keçib. Ürək damarları, exo, stress-test də daxil olmaqla, bütün müayinələrdən keçən hakimdə heç bir problem aşkarlanmayıb. Buna baxmayaraq, ötən gün səhər saatlarında qəfil infarkt keçirərək vəfat edib.

 

Onun yaxınları bildirir ki, bu faciə ailə üçün gözlənilməz olub.
 

Qeyd edək ki, Samir Əliyev 1976-cı ildə anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini, 2003-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

 

Əmək fəaliyyətinə 1994-cü ildə Nəsimi Rayon Məhkəməsində məhkəmə katibi kimi başlayıb. 1998–2008-ci illərdə Ali Məhkəmədə vətəndaşların qəbul və müraciətlərinə baxılması şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb. 2008–2015-ci illərdə Sabunçu Rayon Məhkəməsinin hakimi olub. 2016-cı ildən isə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim kimi fəaliyyət göstərirdi.


Samir Əliyev bir sıra mühüm cinayət işlərinə, o cümlədən ictimai rezonans doğuran məhkəmə proseslərinə sədrlik edib. Onun rəhbərlik etdiyi məhkəmə iclaslarında çıxarılan qərarlar hüquq ictimaiyyəti tərəfindən diqqətlə izlənilib və müzakirə olunub.


OXŞAR XƏBƏRLƏR

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...