Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…

Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…

Bu il aprel ayında və mayın əvvəlində Azərbaycanda müşahidə olunan intensiv və davamlı yağıntılar əvvəlki iqlim göstəriciləri ilə müqayisədə fərqlilik yaradıb. Bildirilir ki, hazırkı mövsüm son 56 ilin ən bolsulu yazıdır. Hətta iddialara görə, yağıntıların çox olması yay aylarında müşahidə olunacaq ekstremal istilərin əlaməti ola bilər.


Yayda istilər rekord həddə çatacaq?

 

Sfera.az xəbər verir ki, globalinfo.az-a danışan ekoloq Cəmşid Bəxtiyar deyib ki, bu sualın birmənalı cavabı yoxdur:

 

“Amma yaz aylarında müşahidə olunan intensiv və davamlı yağıntılar, xüsusən də normadan xeyli çox olduqda, qarşıdakı yay mövsümündə ekstremal istilərin baş vermə ehtimalını artırır. Bu, bir neçə amillə bağlıdır. Belə ki, yağıntılar nəticəsində torpaq və bitki örtüyü daha çox nəm toplayır. Bu nəm yayda buxarlanaraq atmosferə qalxır və rütubəti artırır. Yüksək rütubət isə isti havaların daha çox “hiss edilən istilik” yaratmasına səbəb olur”.

 

Ekoloq qeyd edib ki, yazda artan yağıntılar atmosferdə dövran dəyişikliklərinə işarə ola bilər:
 

“Əgər bu dəyişikliklər antisiklonların – sabit, günəşli və isti hava gətirən hava kütlələrinin  üstünlük təşkil etməsinə gətirib çıxararsa, bu zaman yayda uzunmüddətli istilər qeydə alına bilər. Həmçinin, iqlim dəyişiklikləri fonunda regionlarda ekstremal hadisələrin – ya leysan, ya quraqlıq, ya da istilərin sıxlaşması müşahidə olunur. Son illərdə Cənubi Qafqazda da bu meyil güclənib.


Yəni bu ilin bolsulu yazının quraq və anomal isti yay üçün zəmin yaratması mümkündür. Amma bu, 100 faiz zəmanətli bir nəticə deyil. Digər atmosfer və okean axınları da bu prosesə təsir edə bilər”.


OXŞAR XƏBƏRLƏR

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...

Qayınatasını öldürmək istədi, özü öldü

Abşeron rayonunda kürəkənini qəsdən öldürməkdə təqsirləndirilən Tayır Tayırovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.   Sfera.az ...

Ərdoğan Zelenski ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu bar...

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...