Qarlı hava Bakını bu günə qoydu - FOTOLAR

Qarlı hava Bakını bu günə qoydu - FOTOLAR
Hazırda paytaxtda müşahidə edilən qarlı və şaxtalı hava paytaxtın küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradıb.

Bakı Nəqliyyat Agentliyindən BiG.AZ-a verilən məlumata görə, Agentliyin müşahidə kameralarından əldə edilən məlumata əsasən, səhər saatlarında paytaxtın əksər küçə və prospektlərində, o cümlədən Heydər Əliyev prospekti (şəhər istiqaməti), Yusif Səfərov (şəhər istiqaməti), Ziya Bünyadov prospekti (hər iki istiqamət, xüsusən də körpü və tunellərdə), A.Bakıxanov (küçəsi körpünün üstü), Tbilisi prospekti, Zığ yolu-Nobel prospekti, A.M.Sərifzadə, Mətbuat prospekti və 20 yanvar dairəsində nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.

Qeyd edək ki, qarlı və şaxtalı havada sərnişin avtobuslarının fasiləsiz və təhlükəsiz hərkətini təmin etmək məqsədi ilə Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejimində çalışır. Paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma ilə məşğul olan bütün daşıyıcılara, xüsusən də 77, 205, 53, 31, 39, 50, 64, 94, 211 nömrəli marşrut xətlərinin müvəqqəti istismarçılarına paytaxtda davam edən kəskin hava şəraiti ilə əlaqədar xətlərə buraxılan avtobuslarda intervala əməl olunması, təhlükəsizlik qaydalarına riayət edilməsi, avtobusların texniki cəhətdən saz vəziyyətdə olması barədə lazımi tədbirlərin görülməsi, o cümlədən avtobusların qaraj və avtoparklardan reysə çıxmalarını təmin etmələri barədə təkrar və ciddi xəbərdarlıq edilib. Həmçinin, diqqətə çatdırılıb ki, istismarda olan sərnişin avtobuslarının hərəkəti yolun qarlı və buzlu olması səbəbindən sərnişinlərin və digər nəqliyyat iştirakçıları üçün təhlükə yaradacağı müşahidə olunarsa, avtobusların fəaliyyətini müvəqqəti dayandırmalıdır.

Qarlı hava Bakını bu günə qoydu - FOTOLAR
Qarlı hava Bakını bu günə qoydu - FOTOLAR
Qarlı hava Bakını bu günə qoydu - FOTOLAR
Qarlı hava Bakını bu günə qoydu - FOTOLAR
Qarlı hava Bakını bu günə qoydu - FOTOLAR


OXŞAR XƏBƏRLƏR

Vatikanın bacasından qara tüstü çıxır – Bu nə deməkdir?

Dünyanın ən məşhur bacasından qara tüstü çıxır. Çərşənbə günü 70 ölkədən 133 kardinaldan ibarət qrup Papa Fransiskin vəfatından sonra 267-ci pontifi seçmək...

Alça kimlərə olmaz?

Yazın gəlişi ilə təbiət canlanır, ağaclar bar verir, piştaxtalar isə rəngarəng meyvələrlə dolur. Hər fəsilin öz neməti olsa da, yaz aylarında çoxlarının səbirsi...

Azərbaycan və Estoniya konsulluq məsləhətləşmələri keçirdi

Tallin şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Estoniya Respublikasının Xarici İşlər Nazirliyi arasında konsulluq məsləhətləşmələri keçi...

ABŞ 10 gündə iki döyüş təyyarəsini itirdi

ABŞ-ın 60 milyon dollarlıq qırıcı təyyarəsi uğursuz eniş zamanı Qırmızı dənizə düşüb, iki pilot yaralanıb. Bu, ABŞ Hərbi Dəniz Qüvvələrinin 10 gündən az müddətd...

Bitkoinin qiyməti 100 min dolları ötdü

Ticarət zamanı bitkoinin qiyməti 7 fevral 2025-ci ildən bəri ilk dəfə olaraq 100 min dolları ötüb.   Sfera.az xəbər verir ki, bu barədə “Binanc...

Şuşada 17 milyon manata yaşayış binaları tikiləcək

"Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" Publik Hüquqi Şəxsi Şuşa şəhərində binaların tikintisinə 17 milyon 286 min 741 manat vəsait xərcləməyi planlaşdırı...