Bu şəxslərə ömürlük 1500 manat verilir


Bu şəxslərə ömürlük 1500 manat verilir

Xəbər verdiyimiz kimi, bir qrup mədəniyyət və elm xadiminə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib. Bunun bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

 

Prezidentin fərdi təqaüdü nədir? Kimlərə verilir?

 

Sfera.az globalinfo.az-a istinadən xəbər verir ki, bu təqaüd Azərbaycanın ədəbiyyat və incəsənət xadimləri ilə yanaşı, ölkəmizin elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyində və digər sahələrdə böyük əməyi olan şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə verilir.

 

Təqaüdün məbləği 1500 manatdır və ömürlük verilir.

 

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatına görə, vəsait plastik bank kartları vasitəsilə yalnız nağdsız qaydada ödənilir.

 

Lakin təqaüd alan vəfat etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə təqaüdün ödənişi dayandırılır.

 

Son statistik məlumatlara görə, 2024-cü ildə Prezidentin fərdi təqaüdünü alan şəxslərin 236 nəfəri kişi, 93-ü qadın olub. (329 nəfər)

 

2018-ci ildə bu rəqəm 414, 2019-cu ildə 416, 2020-ci ildə 416, 2021-ci ildə 365, 2022-ci ildə 341, 2023-cü ildə isə 345 olub. Yəni son illər Azərbaycan Prezidentinin fərdi təqaüdünü alanların sayında azalma baş verib.

 

Qeyd edək ki, təqaüd 2002-ci il iyul ayının 1-dən verilir.


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...