Şuşada 17 milyon manata yaşayış binaları tikiləcək


Şuşada 17 milyon manata yaşayış binaları tikiləcək

"Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" Publik Hüquqi Şəxsi Şuşa şəhərində binaların tikintisinə 17 milyon 286 min 741 manat vəsait xərcləməyi planlaşdırır.

 

Sfera.az xəbər verir ki, qurum bu məbləğə şəhərin D-4 yaşayış massivində (1-ci mərhələ) tikintisi nəzərdə tutulan 4, 5, 6, 7, 8, 9 nömrəli yaşayış binalarının tikinti işlərini icra edəcək müvafiq şirkət axtarışındadır.

 

Qeyd edək ki, sözügedən işlər üzrə tender elan edilib və təkliflərin son təqdimolunma tarixi iyunun 30-dur.


OXŞAR XƏBƏRLƏR