Logo

Bakıda qadın yaşadığı binadan özünü atdı

Bakıda qadın yaşadığı binadan özünü atdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakının Binəqədi rayonunda 47 yaşlı qadın özünü yaşadığı binanın dördüncü mərtəbəsindən aşağı atıb.

Sfera.az salamnews-a istinadən xəbər verir ki, hadisə rayonun Kunabayev küçəsi 7b, mənzil 12-də qeydə alınıb.

Dərhal hadisə yerinə təcili tibbi yardım maşını, o cümlədən hüquq mühafizə orqanlarının əməkdaşları gəliblər. Ağır xəsarətlər alan Gülarə Məlikova 1 nömrəli Şəhər Kliniki Xəstəxanasına aparılıb. Xəstəxanadan G.Məlikovanın vəziyyətinin ağır olduğu bildirilib.

Faktı Binəqədi Rayon Prokurorluğu da təsdiqləyib. Bildirilib ki, faktla bağlı araşdırma aparılır. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR