Prezidentdən əhaliyə ŞAD XƏBƏR

Prezidentdən əhaliyə ŞAD XƏBƏR
Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə bağlı müvafiq layihənin icra edilməsi çox böyük rəmzi məna daşıyır. Bu, tarixi hadisədir.

Bu fikirləri Prezident İlham Əliyev yanvarın 30-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda söyləyib.

Prezident bildirib ki, Cocuq Mərcanlı kəndi qısa müddət ərzində yenidən qurulacaq.

"Cocuq Mərcanlı erməni vəhşiliyinin, vandalizminin əyani sübutudur. Özlərini mədəni xalq kimi təqdim etməyə çalışanların hansı vəhşiliklər törətdiyi əyani şəkildə görünür.

Cocuq Mərcanlıda infrastruktur yaradılmalı, yollar, elektrik, qaz, su xətləri çəkilməli, məktəb, uşaq bağçası, tibb məntəqəsi və fərdi evlər tikilməlidir. Birinci mərhələdə 50 ev tikiləcək. Orada yaşayacaq insanlar üçün iş yerləri də açılmalıdır”, - prezident çıxışında bildirib.

mənbə: axar.az

OXŞAR XƏBƏRLƏR

Bakıda bu yol axşam saatlarından BAĞLANIR

Bu gün axşam saatlarından etibarən Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində (Xəqani Rüstəmov küçəsilə kəsişməsindən Babək prospektinə qədər) hərə...

"Dövlətlərarası münasibətlərdə ali siyasi iradə və qarşılıqlı etimad həlledici amildir" - Ülvi Quliyev

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin bugünü və gələcəyi baxımından mühüm əhəmiyyət kəsb ed...

Prezidentdən Naxçıvanla bağlı sərəncam

Prezident İlham Əliyev "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda dəyişiklik edilməs...

6 manatdan 11 manata qaldırıldı - Yeni QƏRAR

"Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" Qərara dəyişiklik edib.   Sfera....

Macarıstanda bu analar vergidən azad olundu

Macarıstan parlamenti ölkədə doğum səviyyəsinin aşağı düşməsinin qarşısını almaq məqsədilə iki və üç uşağı olan qadınların gəlir vergisindən azad olunmasını nəz...

Prezident Sərəncam imzaladı

Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyində təhsil məsələləri üzrə müşavir vəzifəsi təsis edilib.   Sfera.az AZƏRTAC-a istinadən xəbər...