Bakıdan qayıdan İcra Hakimiyyətinin əməkdaşları qəzaya düşdü - Yaralılar var

Bakıdan qayıdan İcra Hakimiyyətinin əməkdaşları qəzaya düşdü - Yaralılar var

Hacıqabulda "Mercedes Vito" markalı nəqliyyat vasitəsi qəzaya düşüb. Qəza zamanı nəqliyyat vasitəsində olan şəxslər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan Şəhər Xəstəxanasına çatdırılıblar.

 

Sfera.az musavat.com-a istinadən xəbər verir ki, qəzaya düşənlər Tərtər İcra Hakimiyyətinin işçiləridir.

 

Hadisə baş verməzdən əvvəl Bakıda dövlət tədbirində olublar, tədbir bitəndən sonra rayona qayıdırmışlar. Qəza zamanı Tərtərin Umudlu İnzibati Ərazi Dairəsi sədrinin müavini Bəhruz Aprel oğlu, Tərtər İcra Hakimiyyətinin rəsmisi Zabil Paşayevin oğlu Ziya Paşazadə, Qızıloba icra nümayəndəsinin müavini Rübabə Əliyeva, İcra Hakimiyyəti strukturuna daxil olan müxtəlif idarələrdə işləyən Kəmalə, Zəminə, Vüsalə adlı işçilər xəsarət alıblar.

 

Qəza zamanı zərərçəkmişlər hazırda Şirvan xəstəxanasında müalicə olunurlar. Qadınlardan 3-nün vəziyyətinin orta ağır olduğu bildirilir.

 


OXŞAR XƏBƏRLƏR

Eyyub Brilliantla belə rəqs etdi – VİDEO

Xalq artisti Eyyub Yaqubov 60 illik yubileyini qeyd edib.   Sfera.az xəbər verir ki, bu barədə tanınmış müğənnilər paylaşım edib.   B...

27 yaşlı kişi hündürlükdən yıxılaraq öldü

Gəncə şəhərində 27 yaşlı kişi hündürlükdən yıxılaraq ölüb.   Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində tikilməkdə olan restoranlardan bir...

Əli Əsədov Vyetnam baş katibi ilə görüşdü

Baş nazir Əli Əsədov Azərbaycanda dövlət səfərində olan Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin (VKP MK) Baş katibi To Lam ilə görüşüb.   ...

ABŞ-nin Rusiya ilə bağlı siyasəti dəyişir: "Moskva daha çətin vəziyyətə düşəcək”

Ukrayna silahlı qüvvələri son bir neçə gündür ki, cəbhədə atəşkəs rejiminə əməl edir. Bunun hansı səbəbdən olduğu açıqlanmasa da hərbi mənbələr atəşkəs göstəriş...

"Umico" kredit xətti ilə alış-verişə 50% komissiya endirimi

11 may 2025-ci il tarixinədək "Umico" kredit xətti istifadəçiləri üçün xüsusi kampaniya təqdim olunur.   Kampaniya çərçivəsində kreditlə 24...

Buna hazır olmalıyıq, bizi asan proses gözləmir - Ərdoğan

Türkiyə bütün maneələri dəf edib, bu gün-sabah PKK silahı yerə qoyub təşkilatı ləğv edəcək.   Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti R...