Azərbaycanda məşhur tiktoker insan alverində İTTİHAM EDİLİR - DETALLAR


Azərbaycanda məşhur tiktoker insan alverində İTTİHAM EDİLİR - DETALLAR

Məşhur tiktoker Mahirə Marandskayanın cinayət iş üzrə istintaq yekunlaşıb və baxılması üçün məhkəməyə göndərilib.

 

Sfera.az məlumat verir ki, təqsirləndirilən tiktokerin cinayət işi Abşeron Rayon Məhkəməsində hakim Vaqif Həsənovun sədrlik etdiyi prosesdə araşdırılacaq.

 

Xatırladaq ki, Mahirə Marandskaya Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.

 

24 yaşlı Mahirə Marandskaya Cinayət Məcəlləsinin 243.1 (Gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham olunaraq barəsində həbs olmayan qətimkan tədbiri seçilib.

 

Sözugedən cinayət işində 10-a yaxın qadın zərərçəkən kimi tanınıb. Onların arasinda universitet tələbələrinin də olduğu deyilir.

 

Əgər onun cinayət əməli sübuta yetirilərsə, tiktokeri bir ildən üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

 

Qeyd edək ki, son 1 il ərizində Mahirə Marandskaya eyni cinayət əməlini təkrar edib. O, bundan əvvəl də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə eyni ittihamla cinayət məsuliyyətinə cəlb olunmuşdu . Himayəsində azyaşlı uşaq olduğundan o, məhkəmə qərarı ilə cərimə edilmişdi. (Unikal)


OXŞAR XƏBƏRLƏR

“Ya Rusiya dəyişəcək, ya dünya” - Zelenskidən qələbə mesajı

Ukrayna Prezidenti Volodimir Zelenski İkinci Dünya müharibəsində nasist Almaniyası üzərində əldə edilən qələbənin 80-ci ildönümü ilə bağlı xalqına müraciət yayı...

Vyetnam liderinin Azərbaycana səfəri başa çatdı – FOTO

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycan Respublikasına dövlət səfəri mayın 8-də başa çatıb. ...

Eyyub Brilliantla belə rəqs etdi – VİDEO

Xalq artisti Eyyub Yaqubov 60 illik yubileyini qeyd edib.   Sfera.az xəbər verir ki, bu barədə tanınmış müğənnilər paylaşım edib.   B...

27 yaşlı kişi hündürlükdən yıxılaraq öldü

Gəncə şəhərində 27 yaşlı kişi hündürlükdən yıxılaraq ölüb.   Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində tikilməkdə olan restoranlardan bir...

Əli Əsədov Vyetnam baş katibi ilə görüşdü

Baş nazir Əli Əsədov Azərbaycanda dövlət səfərində olan Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin (VKP MK) Baş katibi To Lam ilə görüşüb.   ...

ABŞ-nin Rusiya ilə bağlı siyasəti dəyişir: "Moskva daha çətin vəziyyətə düşəcək”

Ukrayna silahlı qüvvələri son bir neçə gündür ki, cəbhədə atəşkəs rejiminə əməl edir. Bunun hansı səbəbdən olduğu açıqlanmasa da hərbi mənbələr atəşkəs göstəriş...